Mektebgushesi

Mingəçevir Dövlət Universiteti “Şuşa İli”nə həsr olunmuş beynəlxalq konfransa təşkilatçılıq edib

2022-ci ilin 20 may tarixində Azərbaycan Texniki Universitetinin (AzTU) evsahibliyi, Mingəçevir Dövlət Universiteti (MDU), Qazi Universiteti, Süleyman Demirel Universiteti, İsparta Tətbiqi Elmlər Universiteti və Beynəlxalq Layihə İdarəetmə Assosiasiyasının birgə təşkilatçılığı ilə “Mühəndislikdə süni intellekt və tətbiqi riyaziyyat” mövzusunda 4-cü beynəlxalq konfransın (ICAIAME 2022) açılış mərasimi keçirilib. “Şuşa İli”nə həsr olunan beynəlxalq konfrans süni intellekt üzrə […]

Azərbaycanda iki müəllim şagirdlərin nənəsini döydü – Araşdırma başladı

Ağdaş rayonu Nizami Gəncəvi adına 2 saylı orta məktəbdə insident baş verdiyi iddia edilib. Bildirilib ki, iki ibtidai sinif müəllimi məktəbdə təhsil alan uşaqların nənəsini döyüb. Müəllimlərin uşaqları dərsə hazır olmadıqları üçün təhqir etdikləri qeyd olunub. Daha sonra uşaqların nənələri məktəbə gəlib və mübahisə düşüb. İddia edilib ki, hadisə direktor otağının qapısı önündə baş verib, amma kamera […]

İmtahanda iştirak edən ən yaşlı və ən gənc abituriyentlər məlum olub

İmtahanda iştirak edən ən yaşlı abituriyent 1961-ci ildəndir Mayın 21-də Dövlət İmtahan Mərkəzi III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir. DİM-dən Mektegushesi.az-a bildirilib ki, imtahan Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunur. İmtahanda 21 min 521 abituriyentin iştirakı nəzərdə […]

ADNSU-da Ümumdünya Metrologiya gününə həsr olunmuş elmi-praktik seminar keçirilib

Mayın 20-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Şuşa ili”nə həsr olunmuş Ümumdünya Metrologiya Günü ilə əlaqədar III elmi-praktiki seminar keçirilib. “Rəqəmsal erada metrologiya” mövzusunda keçirilən seminarı giriş sözü ilə açan “Cihaz mühəndisliyi” kafedrasının müdiri, dosent Lalə Bəkirova ölkədə həyat səviyyəsinin yüksəldilməsində, ətraf mühitin qorunmasında, insanların təhlükəsizliyinin təmin edilməsində, elmi-texniki tədqiqatlarda, eləcə də dünya […]

Təhsil Nazirliyi ilə ICESCO arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

  Mayın 20-də təhsil naziri Emin Əmrullayev İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, görüş zamanı Təhsil Nazirliyi ilə ICESCO arasında təhsil sahəsində olan əməkdaşlığın cari vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Bu gün III ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir

Mayın 21-də Dövlət İmtahan Mərkəzi (DİM) III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir. DİM-dən bildirilib ki, bu imtahanda 21 min 521 abituriyentin iştirakı gözlənilir. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq. İmtahan saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi […]

Azərbaycan dili imtahanının nəticələri AÇIQLANDI

Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə mayın 8-də keçirilən test imtahanının nəticələri elan olunub. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, mayın 8-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin cari ilin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli […]

DİM-dən imtahanından qeyri-məqbul qiymət alanlara MÜRACİƏT

Mayın 8-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında “qeyri məqbul” alan, lakin ali və orta ixtisas təhsili müəssisələrinin (11 illik bazada) xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərə qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçməyə icazə verilir. Bu barədə DİM-dənməlumat verilib. Bildirilib ki, mtahandan “məqbul” alan abituriyentlərlə yanaşı, “qeyri-məqbul” alan abituriyentlər də qabiliyyət […]

Məktəblərin yaxınlığında satılan TƏHLÜKƏ: Uşaq içən kimi xəstələnir – VİDEO

Son zamanlar şagirdlərin elə məktəblərin yanındakı mağazalardan aldığı bu buzlu içkilərlə yəqin ki, hər birimiz rastlaşmışıq. “Lili” adlanan bu şirələri istənilən kiçik marketdən çox ucuz qiymətə almaq mümkündür. Buzlu formada satılan bu içkilər uşaqlarda boğaz gəlməsinə və yüksək hərarətə səbəb olur. Elə uşaqların özləri də bu şirələri içdikdən sonra xəstələndiklərini söyləyirlər. Həkimlər isə deyir ki, […]

BMU-nun rektoru Fransanın nüfuzlu universitetlərinin professorları ilə görüşüb

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov Fransanın Paris-Saclay Universitetinin PhD ilə bağlı beynəlxalq əlaqələr koordinatoru, prof. Rachid Bennacer və  Lorraine Universitetinin professoru Mohammed El Ganaoui ilə görüşüb. Hər iki qonaq BMU və Kanadanın Ryerson Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək “13-cü Beynəlxalq Termal Mühəndislik konfransı: nəzəriyyə və tətbiq”  beynəlxalq konfransında iştirak etmək üçün ölkəmizdə səfərdədir. […]

Məktəb direktorları ilə keçirilən seminar-görüşlər başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məktəb direktorları üçün “Təhsil müəssisələrində illik fəaliyyətin icra vəziyyəti” mövzusunda keçirilən seminar-görüşlər başa çatıb. Sabunçu, Pirallahı, Səbail, Yasamal, Qaradağ və Xəzər rayonlarını əhatə edən seminar-görüşlərdə BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, sektor müdirləri Fuad Babayev, Anar Mustafazadə, Səccət Mahmudov, Sevinc Rəsulova və Bəşarət Məmmədov fəaliyyətin təşkili, illik hesabatların hazırlanma mexanizmləri […]

Eşqi Bağırov: Çərçivə sənədinə uyğun qiymətləndirmə aparılacaq

Təhsil Nazirliyi bu ildən etibarən müəllimlərin sertifikatlaşdırılmasına başlanacağını açıqlayıb. Bu il ilk olaraq 11 mindən çox ibtidai sinif müəllimi sertifikatlaşdırmaya cəlb olunacaq. APA məsələ ilə bağlı Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırovun müsahibəsini təqdim edir. – Eşqi müəllim, müəllimin bilik və bacarığı zəifdirsə, bəlkə problemin kökünü elə onun təhsil aldığı ali məktəbdə axtarmaq […]

Elçin Əfəndi: Müəllimlər və şagirdlər kurikulumdan əziyyət çəkirlər

“Azərbaycanın təhsil sistemində kurikulum birbaşa tətbiq olundu. Kurikulumun mahiyyətini dərindən bilən, tam mənimsəyən kadrlar hazırlanmadan bu sistemə keçildi. Nəticə etibarilə bu gün ortada xaotik bir vəziyyət hökm sürür. Bu gün həm müəllimlər, həm də şagirdlər düzgün tətbiq olunmayan kurikulum sistemindən əziyyət çəkirlər”. Bu fikirləri Bakupost.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. Onun sözlərinə görə, Azərbaycanda kurikulum standartlarına uyğun […]

Şuşa Real Məktəbi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Bununla bağlı Prezident.az məlumat yayıb. Sərəncama əsasən, Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq […]

Vilyam Hacıyev məktəb tikintisinə ayrılan pulun 181 min manatını mənimsəyib?

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, şahidlər prosesə dəvət olunsa da, onlar yenidən prosesə gəlməyib. Dövlət ittihamçısı deyib ki, şahidlərin bəziləri səhhəti ilə əlaqədar prosesə qatıla bilməyiblər. Vilyam Hacıyevin vəkili […]