Mektebgushesi

Məktəbdə şagirdlərin zarafatı qanla bitdi

Bakıda məktəblilərin bir-birilə zarafatı qanla bitib. 9-cu sinif şagirdi özündən bir sinif aşağı pillədə təhsil alan şagirdə kəsici alətlə xəsarət yetirib. Hadisə mayın 17-də Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 nömrəli tam orta məktəbdə qeydə alınıb. Hadisə zamanı xəsarət alan məktəbli dərhal xəstəxanaya aparılıb. Məktəbin direktoru Əbülfət Bağırov deyib ki, mayın 17-i günü hadisəni törədən […]

Gürcüstanda məktəblərdə şahmat məcburi fənn olacaq

Gürcüstanda məktəblərdə şahmat məcburi fənn olacaq. Qərar Respublikanın təhsil naziri Mixail Çxenkeli tərəfindən təsdiqlənib. “Şagirdlər analitik, məntiqi, tənqidi təfəkkür və praktiki problem həll etmə bacarıqlarını inkişaf etdirmək üçün birinci sinifdən şahmatı öyrənəcəklər. Şagirdlər arasında şahmat icbari fənn olacaq”, – deyə nazirlikdən bildirilib. İkinci və üçüncü siniflərdə şahmat seçmə fənn kimi təklif olunacaq. Yenilik Gürcüstanda yeni […]

Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı çərçivə sənədi hazırlanır

“Müəllimlərin sertifikatlaşdırılmasının müsahibə mərhələsi üçün çərçivə sənədi hazırlanır”. Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib. O qeyd edib ki, sənəd yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək: “Sənəddə sualların əhatə dairəsi barədə məsələlər öz əksini tapacaq”. Mənbə: APA  

Məktəb direktorları təlim üçün İsrailə göndəriləcək

Məktəb direktorlarının İsrailə göndərilməsi planlaşdırılır. APA xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib. O deyib ki, ilin sonuna qədər 100-ə yaxın direktorun təlim üçün İsrailə göndərilməsi planlaşdırılır. Mənbə: APA

Sertifikatlaşdırma müəllimlərin əmək haqqına təsir edə bilər

“Müəllimlərin sertifikatlaşdırılması gələcəkdə stimullaşdırmaya zəmin yaradır”. Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib. Onun sözlərinə görə, gələcəkdə hansısa əməkhaqqı islahatlarında bu nəticələr nəzərə alına bilər. Şöbə müdiri eyni zamanda deyib ki, sertifikasiya imtahanında yaşı 65-dək olan müəllimlər iştirak edəcəklər: “Lakin müəllimin yaşı 65-dən yuxarıdırsa və gələcəkdə fəaliyyətini davam etdirmək istəyirsə, sertifikasiyada iştirak […]

“ADPU Könüllüləri” Bilgəh Qocalar evində olub

  Mayın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “ADPU Könüllüləri” Təşkilatı nəzdində fəaliyyət göstərən Mədəniyyət klubunun təşkilatçılığı ilə Bilgəh Qocalar Evinə ziyarət təşkil olunub. Müəssisədə qocalar, əlillər və az təminatlı ailələr ilə tələbələrin görüşü keçirilib. Bilgəh Qocalar Evinin sakinləri ilə səmimi söhbət edən tələbələr onlara gül dəstələri və universitetin kitabxanasından hədiyyə olunan 20-ə yaxın kitab […]

BDU-da elmi nəşrlərin beynəlxalq reytinq göstəricilərini yaxşılaşdırmaq imkanları müzakirə olunub

  Bakı Dövlət Universitetində (BDU) Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin Elmi tədqiqatların təşkili və təhlili şöbəsinin təşkilatçılığı ilə “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları” mövzusunda elmi seminar keçirilib. Seminarda Elmi tədqiqatların təşkili və təhlili şöbəsinin müdiri, dosent Mirnamik Bəşirov məruzə ilə çıxış edərək, elmi nəşrlərin yaxşılaşdırılması istiqamətdə ölkədə görülən işlərdən, bununla əlaqədar […]

Gömrük Akademiyası ECAR layihəsi çərçivəsində İsveçdə keçirilən seminarda təmsil olunur

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general mayoru Qulu Novruzov və Akademiyanın rəis müavini Araz Aslanlı Akademiyanın tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsi çərçivəsində 16-20 may tarixlərində Stokholm şəhərində keçirilən “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adlı növbəti seminarda iştirak üçün İsveçdə səfərdədirlər. Kral Texnologiya İnstitutunun (KTH) ev sahibliyi etdiyi tədbirdə Azərbaycan Respublikası Təhsil […]

BDU-da “Kimya və kimya texnologiyası” mövzusunda Respublika elmi konfransı

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş doktorant, magistr və gənc tədqiqatçıların “Kimya və kimya texnologiyası” adlı Respublika elmi konfransı keçirilir. Konfransı giriş sözü ilə açan BDU-nun Kimya fakültəsinin dekanı Fuad Kərimli Ulu öndər Heydər Əliyevin dövlət quruculuğu və elmimizin inkişafında əvəzsiz xidmətlərindən danışıb, […]

Litvanın “INTA” şirkətinin nümayəndələri Gömrük Akademiyasında olublar

Litvanın “INTA” şirkətinin nümayəndələri Azərbaycan-Litva biznes forumu səfəri çərçivəsində Gömrük Akademiyasında olublar. Dövlət Gömrük Komitəsinin Akademiyasında qarşılıqlı maraq doğuran sahələr üzrə ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə təşkil edilən görüşdə Dövlət Gömrük Komitəsinin və Akademiyanın rəhbərliyi, əməkdaşları, “INTA” QSC-nin nümayəndələri iştirak ediblər. Dövlət Gömrük Komitəsinin sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev qonaqları salamlayaraq iki ölkənin […]

ADPU-da “Böyük Azərbaycan mütəfəkkiri Nizami” kitabının təqdimatı keçirilib

  Mayın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filoloji linqvistika otağında “Böyük Azərbaycan mütəfəkkiri Nizami” kitabının təqdimatı keçirilib. Təqdimatda ADPU-nun rektoru professor Cəfər Cəfərov, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov, filologiya elmləri doktoru, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Terminologiya” şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini […]

ADPU-da “Mizan” dram dərnəyi şəhidlərin xatirəsinə həsr olunan tədbir keçirib

Mayın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) xalq artisti, professor Məmmədsəfa Qasımovun (Məmməd Səfa) rəhbəri olduğu ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin “Mizan” dram dərnəyinin təşkilatçılığı ilə “Şəhidlik ən uca zirvədir” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbir 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə yüksələn Pedaqoji Universitet ailəsinin 13 məzununun xatirəsinə həsr olunub. Bunlardan üç nəfəri, […]

BDU-da Beynəlxalq Muzeylər Günü qeyd olunub

Bakı Dövlət Universitetində (BDU) BDU-nun tarixi muzeyinin təşkilatçılığı ilə 18 May – Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan BDU-nun tarixi muzeyinin müdiri Günel Orucəliyeva qeyd edib ki, hər il 18 may tarixi dünyada və eləcə də ölkəmizdə Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd olunur. Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə […]

286 saylı məktəbdə “Heydər Əliyev və Zəfər muzeyi”nin açılışı olub

I və  II Qarabağ müharibəsində Azərbaycan xalqı birlik və yüksək əzm nümayiş etdirdi.  Aprel döyüşləri isə Qarabağımızın geri qaytarılmasında dönüş nöqtəsi oldu. Yüzlərlə şəhid verdik, gənclərimizdəki vətənpərvərlik hissi, xalqımızın vətənə sevgi, düşmənə nifrət hissi  qələbəmizi şərtləndirdi. Onlar  müəllim, həkim, mühəndis, fəhlə, sürücü, pilot və s. idi. Bir məqsəd, bir amal uğrunda Şəhid və qazi oldular.  […]

“Gənc istedadlar” liseyinin şagirdləri ABŞ-da sertifikat və medala layiq görülüblər

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ABŞ-ın Corciya ştatının Atlanta şəhərində keçirilən ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinin sertifikat və medalına layiq görülüblər. “Sabahın alimləri” XI respublika müsabiqəsinin qalibləri kimi adıçəkilən müsabiqədə iştirak hüququ qazanmış liseyin XI sinif şagirdləri Nigar Namazova və Lalə Hüseynova mühəndislik, X sinif şagirdləri Ərhan İbrahimli biologiya, […]