Mektebgushesi

ADPU-nun əməkdaşları Almaniyanın Nürenberq şəhərində səfərdədir

  Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) “Müsəlman Dünyası ilə Ali Təhsil Dialoqu” proqramı çərçivəsində Almaniyanın Nürenberq şəhərində yerləşən Fridrix Aleksandr Universiteti (FAU) ilə əməkdaşlıq edir. DAAD tərəfindən maliyyələşdirilən layihə Almaniya (FAU), Qazaxıstan (KazNPU) və Azərbaycan (ADPU) tərəfləri arasında elmi dialoq xarakteri daşıyır. Sözügedən layihənin ilkin mərhələsində ADPU-nun 2 nəfər fəlsəfə doktoru, 2 nəfər doktorantı və […]

BDU-da “Universitetlər: maliyyə mənbələri və sənaye ilə əlaqələr” mövzusunda elmi seminar

Bakı Dövlət Universitetinin (BDU) Texnologiyaların transferi və innovasiyalar şöbəsinin təşəbbüsü ilə magistrant və gənc tədqiqatçıların növbəti seminarı keçirilib. Seminarda BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin direktor müavini Mustafa Muradov “Universitetlər: maliyyə mənbələri və sənaye ilə əlaqələr” mövzusunda məruzə edib. Mustafa Muradov seminar iştirakçılarına universitetlərin cəmiyyətdə rolu və maliyyə mənbələri, rəqabətədavamlı sənaye, təhsil-tədqiqat-sənaye arasında […]

DİM abituriyentlərə müraciət edib

Ali təhsil müəssisələrinə, 9 və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən, lakin mayın 8-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər bu gün saat 23:59-dək qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına (ikinci cəhd) yazıla bilərlər. Bu barədə  Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Ali təhsil müəssisələrinə […]

Emin Əmrullayev: “Azərbaycanda şagirdlərin cəmi 1 faizdən az hissəsi özəl məktəblərdə təhsil alır”

“Təhsil sahəsi daha çox dövlətin nəzarətində olan sahədir. Dövlət təhsil müəssisələri ilə yanaşı, ölkədə özəl məktəblərinin sayı artır. Hazırda ölkədə şagirdlərin cəmi 1 faizdən az hissəsi məhz özəl məktəblərdə təhsil alır”. Mektebgushesi.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Təhsildə özəl biznesin rolu” mövzusunda keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib. Onun sözlərinə görə, təhsil […]

Təhsil naziri repititorların fəaliyyətindən danışıb

“Hazırda təhsil sahəsi ciddi şəkildə tənzimlənir. Bunun da özünəməxsus səbəbləri var. Həm infrastruktur, həm məzmunla bağlı tələblər müxtəlif pillələrdə tətbiq edilir”. Mektebgushesi.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Təhsildə özəl biznesin rolu” mövzusunda keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, formal təhsil sahəsi, istər orta, istərsə də ali təhsil müəssisələrinin açılması […]

Bakıda tələbə qız itkin düşdü

  Azərbaycanda yeniyetmə qız itkin düşüb. Lent.az-ın məlumatına görə, 16 yaşlı Məmmədova Sarat Ruslan qızı mayın 28-i kirayədə yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb. Bundan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Bununla bağlı yeniyetmənin anası M.Məmmədova polisə məlumat verib. S.Məmmədovanın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir. Qeyd edək ki, Sarat Məmmədova Bakı Sənaye-Pedaqoji Kollecinin 1-ci […]

ADPU-nun Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri yazır

Məhz Ümummilli liderin zəngin siyasi təcrübəsi, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı […]

İlahiyyat İnstitutunda tələbə seminarı keçirilib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə ali təhsil müəssisəsində seminar keçirilib. “Tələbə seminarları” layihəsi çərçivəsində Aİİ İlahiyyat fakültəsinin IV kurs tələbəsi Orxan Abışlı “Bədən dili: şüuraltının sirləri” mövzusunda çıxış edib. Mövzu haqqında geniş məlumat verən Orxan Abışlı şüur və şüuraltının fərqini izah edərək, onların həyatımıza təsiri barədə danışıb. O.Abışlı daha sonra […]

Sosial və Aqrar–Texnoloji Kollecdə Tələbə Gənclər Təşkilatının hesabat–seçki konfransı keçirilib

31 may 2022–ci il tarixində Kollecdə TGT–nın 2019–2022–ci illər üzrə hesabatı–seçki konfransı keçirildi. Tədbirdə Kollecin direktoru Ruslan Həmidov, tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva, Psixoloq Zülfiyyə Əliyev, İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi Cəmil Quliyev, TGT sədri Elnarə Miriyeva və fəal tələbələr iştirak edirdilər. Azərbaycanın Dövlət Himni səsləndikdən sonra tədbiri giriş sözü ilə açan Kollecin […]

BDU-nun tələbələri Lənkəran, Quba və Şamaxıda çöl-tədris təcrübəsində

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin IV kurs tələbələri Lənkəran, Quba və Şamaxıda çöl-tədris təcrübəsində olublar. Lənkərandakı Qızılağac Dövlət Qoruğunda, Hirkan Milli Parkında, Şamaxı rayonunda, BDU-nun Qubadakı Tədris-təcrübə və istirahət Mərkəzində keçirilən təcrübə müddətində onurğalı və onurğasız heyvanlara aid müşahidələr aparılıb, ərazinin bitki və növ müxtəlifliyi barədə tələbələrə ətraflı məlumat verilib. Lənkəranda çöl təcrübəsi prosesində […]

Azərbaycan dili imtahanında (ikinci cəhd) iştirak etmək üçün qeydiyyat başa çatır

Ali təhsil müəssisələrinə, 9 və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən, lakin mayın 8-də keçirilmiş Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər bu gün saat 23:59-dək qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına (ikinci cəhd) yazıla bilərlər. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, ali təhsil müəssisələrinə […]

Dillər Universitetində “Azərbaycan-Çin elmi əlaqələri” mövzusunda seminar

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda Çində Elm və Texnologiya İşçiləri Gününə həsr olunmuş “Azərbaycan-Çin elmi əlaqələri” adlı tələbə seminarı keçirilib. Seminarı giriş sözü ilə açan ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Çinə tarixi səfəri, Çin İctimai Elmlər Akademiyasındakı çıxışı, səfər zamanı imzalanmış əməkdaşlıq, təbiət və ictimai sosial […]

Dünyanın ən yaxşı ali məktəb məzunlarına Böyük Britaniya vizası veriləcək

Dünyanın ən yaxşı universitetlərinin məzunları asanlaşdırılmış yeni viza mexanizmi ilə Böyük Britaniyaya daxil olmaq üçün müraciət edə biləcəklər. Hökumət bu yolla yüksək potensiala malik şəxsləri onların karyeralarının əvvəlində  cəlb etməyi hədəfləyir. Yeni viza proseduru son beş il ərzində Böyük Britaniyadan kənardakı aparıcı universitetlərdən məzun olmuş şəxslər üçün əlçatan olacaq. Viza verilərkən məzunların harada doğulması və iş […]

Ceyhun Məmmədov: “TEKNOFEST” Azərbaycanda Nobel mükafatı laureatı Əziz Səncərin və Selçuk Bayraktarın iştirakı tarixi hadisə idi

  Artıq 30 ildir ölkəmiz dayanmadan inkişaf edir, Azərbaycan xalqı müstəqil xalq kimi yaşayır. Müstəqillik dövrümüzdə bizə ən yaxın, ən çox dəstək olan ölkə qardaş Türkiyə dövləti olub. Hər iki ölkə bir-birinə qarşılıqlı dəstək olaraq birlikdə bir çox işlər görüblər. Azərbaycan-Türkiyə münasibəti nə qədər çox inkişaf edərsə, regionda sabitlik, sülh bir o qədər artacaq. 44 […]

Tovuzda 17 yaşlı məktəbli intihar edib

Xəbər verildiyi kimi, üç gün əvvəl Tovuzda 17 yaşlı məktəbli intihar edib. Rayonun Düz Qırıqlı kənd sakini, 17 yaşlı E.Aslanov yaşadığı evdə həyatına son qoyub. Düz Qırıqlı kəndindəki 1 saylı orta məktəbin 11-ci sinif şagirdi olan E.Aslanov bir neçə gün əvvəl keçirilən və nəticələri ali məktəbə qəbul prosesində əsas götürülən buraxılış imtahanında 256 bal yığıb. […]