Mektebgushesi

BDU nəzdində ICESCO-nun Biotibbi materiallar kafedrası yaradılacaq

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik və rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub. Mektebgushesi.az xəbər verir ki, görüşdə ICESCO və BDU arasında əlaqələrin gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, universitetdə elmin bütün sahələri üzrə kadr […]

1971 nəfər doktorantura oxumaq üçün müraciət edib

Portal.edu.az üzərindən ali təhsil pilləsinin doktorantura səviyyəsinin fəlsəfə doktoru hazırlığı proqramı üzrə sənəd qəbulu prosesi başa çatıb. Müraciət edən namizədlər “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidməti vasitəsilə qəbul olmaq istədiyi və eyni zamanda “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş 19 dövlət qurumunun tabeliyində olan 69 təhsil müəssisəsinə müraciət göndərib. Cari ildə doktorantura təhsil səviyyəsi […]

DİM-də fizika və ədəbiyyat fənləri üzrə işçi qruplarının iclasları keçirilib

  Mayın 18-də Dövlət İmtahan Mərkəzində (DİM) fizika və ədəbiyyat (rus bölməsi) fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib. DİM-dən bildirilib ki, iclaslarda respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 9-cu sinif “Fizika” və 11-ci sinif “Literatura” dərslikləri əsasında hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitabçaları dərsliklərlə müqayisəli təhlil olunub. Müzakirə edilən məsələlərlə bağlı iştirakçılar tərəfindən fikir bildirilib və təkliflər […]

Mingəçevir Dövlət Universiteti əməkdaşları İstanbul Gedik Universitetində təcrübə keçiblər

  2022-ci ilin 10-16 may tarixlərində Mingəçevir Dövlət Universitetinin (MDU) əməkdaşları – Mühəndislik fakültəsinin dekan əvəzi Almaz Əliyeva, Karyera və İnkişaf Mərkəzinin direktoru Cəlil Bağırov və Mexanika kafedrasının müəllimi Qaragöz Kərimov İstanbul Gedik Universitetində (İGÜN) təlim və təcrübə məqsədilə Türkiyədə səfərdə olublar. Səfər çərçivəsində MDU heyəti İGÜN Himayədarlar Şurasının rəhbəri Hülya Gedik, rektor Nihat Akkuş […]

Elçibəyin qardaşı qızı AMEA-dakı işindən çıxarıldı: – Açıqlama

“1977-ci ildən Milli Elmlər Akademiyasının (AMEA) Azərbaycan Tarixi Muzeyində çalışıram. Zal növbətçiliyindən başlayaraq elmi işçi vəzifəsinə qədər yüksəlmişəm. Uzun illər göstərdiyim xidmətlərə baxmayaraq, məni qanunsuz olaraq işdən çıxarırlar”. Bunu AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, mərhum Prezident Əbülfəz Elçibəyin qardaşı qızı Səadət Məmmədova bildirib. S.Məmmədovanın sözlərinə görə, rəhbərlik ona qərəzli münasibət göstərib və xəstəliyi, sosial vəziyyəti nəzərə […]

Təhsil İnstitutu ilə Böyük Vitovt Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

  Mayın 18-də Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru Rüfət Əzizovla Litva Respublikasının Böyük Vitovt Universitetinin rektoru professor Juozas Augutis arasında görüş keçirilib. Bu barədə  institutdan bildirilib. Görüş zamanı Təhsil İnstitutu və Böyük Vitovt Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub. Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədr müavini Fərid Osmanov, Metodik dəstək […]

BMU-İNHA ikili diplom proqramı ilə bağlı maarifləndirici görüş  

Bakı Mühəndislik Universiteti  (BMU) və Cənubi Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı çərçivəsində növbəti maarifləndirici tədbir Sumqayıtda Texniki və Təbiət Elmləri Liseyində keçirilib. Liseyin şagirdləri ilə görüşdə BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov universitetdə tədris olunan ixtisaslar barədə geniş məlumat verib. Ali təhsil ocağında İnformasiya texnologiyaları, Kibertəhlükəsizlik, Elektroenergetika mühəndisliyi, Mexanika […]

“Gəncə Gənclər Debat Forumu: Yaz, 2022” başa çatıb

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə “Respublika Gənclər Debat Forumu: Yaz, 2022” layihəsi çərçivəsində keçirilən “Gəncə Gənclər Debat Forumu” layihəsinin final və mükafatlandırma mərasimi baş tutub. Tədbirdə Milli Məclisin deputatı Pərvin Kərimzadə, YAP Gəncə şəhər Təşkilatının sədr Ramin Orucov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, […]

ADPU-da “Şuşa Kuboku” intellektual yarışının qalibləri müəyyənləşib

  Mayın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə Xəmsə Milli İntellektual Oyunu formatında “Şuşa kuboku” adlı intellektual yarış keçirilib. Yarışdan öncə Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Fakültənin tələbələrindən ibarət komandalar arasında gərgin mübarizə şəraitində keçən maraqlı yarışın sonunda finala yüksələn “Sirius”, […]

Litva Respublikasının Birinci xanımı UNEC-də auditoriya açılışında iştirak edib

Litva Respublikasının Birinci xanımı Diana Nauseda Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub. Litvanın Birinci xanımı və onun rəhbərlik etdiyi nümayəndə heyətini UNEC-də mədəniyyət naziri Anar Kərimov və universitetin rektoru professor Ədalət Muradov qarşılayıb. Səfər çərçivəsində Birinci xanım Diana Nauseda UNEC şəhidlərinin Memorial Kompleksini ziyarət edib, Ekstern Mərkəzi və Bloomberg laboratoriyası ilə tanış olub. Birinci xanıma […]

Azərbaycan və Litva arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib  

Mayın 18-də təhsil nazirinin müavini Muxtar Məmmədov Litva Respublikasının təhsil, elm və idman nazirinin müavini Gintautas Yakştisin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Mektebgushesi.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı Azərbaycan Respublikası və Litva Respublikası arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Tərəflər iki ölkənin ali […]

Kimya üzrə fənn olimpiadalarının final turu keçirilib

Mayın 18-də kimya üzrə respublika fənn olimpiadalarının final turu keçirilib. Final turunda 100-dən çox şagird iştirak edib Şagirdlərə bu turda açıq tipli tapşırıqlar və 4 saat yarım vaxt verilib. Yoxlama və yazı işlərinə baxış prosesindən sonra nəticələr olimpiada.edu.az saytında elan ediləcək. Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan […]

Tədris digər dildə aparılan bölmə üzrə I sinfə qəbul üçün müsahibələr davam edir

Müsahibə üçün müraciət edən vətəndaşların övladları şəxsi kabinetlərindəki bildirişdə qeyd olunmuş tarixə uyğun olaraq müsahibədə iştirak edirlər. Müsahibələr bitdikdən sonra nəticəsi məqbul hesab edilən uşaqlar üçün həmin bölmə üzrə məktəb seçimi imkanı yaradılacaq. Müsahibənin nəticəsi məqbul hesab edilməyən uşaqlar isə Azərbaycan bölməsi üzrə müraciət edə bilərlər. Paytaxtdakı ümumi təhsil məktəblərinin tədris digər dildə aparılan bölmələri […]

BDU-da “Tarix yazan imza” adlı tədbir keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Tarix yazan imza” adlı tədbir keçirilib. Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının sədr müavini Aydan Rüstəmzadə çıxış edərək bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin qurulmasına və inkişafına həsr etmiş Ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətləri barəsində […]

Nadir İsrafilov: “Hamı istəyir ki, uşağı elit məktəblərdə təhsil alsın”

Ekspertin sözlərinə görə, birinci sinfə qəbul elektronlaşdırılsa da, Bakının mərkəzində yerləşən bəzi məktəblərdə kənardan şagird qəbulu aparıldığı barədə onlara siqnallar daxil olur. Birinci sinifə şagird qəbulu üzrə məktəb seçimi zamanı yerlərin dolması bəzi valideynlərin narazılığına səbəb olub. Onlar məktəb seçimi zamanı yerlərin dərhal dolmasından şikayətlənirlər. Sosial platformada da çoxlu sayda belə narazılıqlara rast gəlmək mümkündür. […]