Buraxılış imtahanlarının nəticələri ilə bağlı apellyasiya prosesi təşkil ediləcək

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 23-24-də buraxılış imtahanlarının nəticələri elan olunub. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən mayın 25-dən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər mayın […]
Təhsil Nazirliyi və Asiya İnkişaf Bankı arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Mayın 17-də təhsil naziri Emin Əmrullayev Asiya İnkişaf Bankının icraçı direktoru Devid Kavano ilə görüşüb. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı “İqtisadi şaxələndirmə üçün peşə təhsili və təliminin müasirləşdirilməsi üzrə sektorun inkişafı proqramı” çərçivəsində ölkəmizdə peşə təhsilinin inkişafına yönəlmiş əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Görüşdə Təhsil Nazirliyi və Asiya İnkişaf […]
AMEA İqtisadiyyat İnstitutu və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə elmi konfrans keçirilib

2022-ci ilin 17 may tarixində AMEA İqtisadiyyat İnstitutu və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə “Davamlı inkişafın milli prioritetləri və müasir transformasiya siyasətinin reallıqları” mövzusunda elmi konfrans keçirilib. Konfransda AMEA İqtisadiyyat İnstitutunun bir qrup alimi, universitetin professor-müəllim heyəti üzvləri, tələbələr və magistrantlar iştirak ediblər. Əvvəlcə, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi […]
Məktəbdə rüşvət qalmaqalı ilə bağlı AÇIQLAMA

Suraxanı rayonu, 141 nömrəli tam orta məktəbdən şikayət var. Nəvəsi sözügedən məktəbdə təhsil alan Əli Əzizli iddia edib ki, məktəbin direktoru Fərəh Hüseynova şagirdlərdən pul tələb edir: “Rüşvət vermədiyim üçün nəvəmi məktəbdən qovurlar”. Paytaxtdakı 141 nömrəli tam orta məktəbdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 29.05.2022-ci il tarixində (bazar günü) məktəbin 3a sinfinin valideynləri uşaqlarla […]
Bakıda 37 məktəbə yeni direktor təyinatı olub – SİYAHI

2021-2022-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə 37 məktəbə yeni direktor təyin olunub. Mektebgushesi.az xəbər verir ki, bu barədə “Report”a İdarədən bildirilib. Həmin məktəblər aşağıdakılardır: 109, 136, 156, 170, 172, 173, 31, 21, 229, 262, 312, 52, 55, 59, 96, 122, 105, 311, 177, 319, 323, 256, 130, 232, 80, 302, 320, 223, […]
ABŞ-nin ölkəmizdəki səfiri Gömrük Akademiyasında olub

Mayın 16-da Dövlət Gömrük Komitəsinin Akademiyasında Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqerlə görüş keçirilib. ABŞ səfirliyinin dəstəyi ilə Dövlət Gömrük Komitəsinin Akademiyasında qurulan linqafon kabinetinin açılışı münasibətilə təşkil olunan görüşdə Dövlət Gömrük Komitəsinin və Akademiyanın rəhbərliyi, əməkdaşları, ABŞ-nin Azərbaycandakı səfiri Li Litzenberqer və səfirliyin nümayəndə heyəti iştirak ediblər. Dövlət Gömrük Komitəsinin […]
BMU-nun prorektorları Erasmus+ layihəsi çərçivəsində İsveçdə keçirilən seminarda iştirak edir

Bakı Mühəndislik Universitetinin (BMU) Tədris işləri üzrə prorektoru, professor Həmzağa Orucov, Tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə və Ümumi işlər üzrə prorektoru Vüqar Həsənov “Azərbaycanda Rektorlar Konfransının yaradılması” Erasmus+ layihəsi çərçivəsində “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adlı seminarda iştirak edirlər. Rektorlar konfransının yaradılması və ali təhsilin inkişaf etdirilməsi üçün Avropa təcrübəsinin öyrənilməsinə […]
Azərbaycan İlahiyyat İnstitutunun rektoru tələbələrlə görüşüb

Rektor tələbələrlə görüşüb Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQDK) tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dosent Aqil Şirinov tələbələrlə görüş keçirib. Aİİ rektoru, dosent Aqil Şirinov tələbələrə ali təhsil müəssisəsinin yeni binasında uğurlar arzulayıb. İnstitutun dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu diqqətə çatdıran rektor tələbələrə qarşıda duran məqsəd və hədəflərdən bəhs […]
“Debüt Kuboku” intellektual oyunu başa çatıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və Maqnat İntellektual Oyunlar Klubunun (MİOK) birgə təşkilatçılığı ilə “Debüt Kuboku” intellektual oyununun finalı olub. ADNSU-dan bildirilib ki, “Nə? Harada? Nə zaman?” formatında keçirilən intellektual oyun 7 həftəlik gərgin mübarizədən sonra başa çatıb. 16 komandanın iştirakı ilə keçirilən sinxron liqada sonda “Kreativ […]
Təhsil Nazirliyi innovativ təşəbbüsləri ilə seçilən müəllimlərin tanıdılması məqsədilə müsabiqə keçirir

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Təhsil vloqeri” müsabiqəsi keçirilir. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd fərqli ideyaları və innovativ təşəbbüsləri ilə seçilən, maraqlı tədris mühiti formalaşdıraraq şagirdlərinin sevimlisinə çevrilən müəllimlərin ictimaiyyətə tanıdılmasıdır. Müsabiqədə iştirak etmək istəyən namizəd özü haqqında zəruri məlumatları (adı, soyadı, yaşı, yaşadığı şəhərin (rayonun adı), çalışdığı təhsil müəssisəsinin […]
Fənn olimpiadalarının final turunun nəticələri açıqlanıb

Riyaziyyat, fizika, biologiya və informatika fənləri üzrə keçirilən fənn olimpiadalarının final turunun nəticələri açıqlanıb. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, riyaziyyat, fizika və biologiya üzrə aşağı yaş qrupu üzrə 1-3-cü və 3-cü yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 4-8-ci və 8-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 9-15-ci və 15-ci yerlə eyni […]
Sona Əliyeva – Azərbaycan dili və ədəbiyyat dərslikləri bərbad gündədir

“Talstoy da köhnəlib, amma onların əsərlərini hələ də bütün dünya oxuyur. Bunu Dərsliklərin Müstəqil Monitorinqi Mərkəzinin ilk iclasında tanınmış pedaqoq, sabiq deputat Sona Əliyeva deyib. O, qeyd edib ki, köhnə dərsliklər yaxşı olduğu halda biz niyə onlardan qaçmalıyıq?: “Azərbaycan dili və ədəbiyyat dərslikləri bərbad gündədir.Hər şeyi yeniləməyin mənası yoxdur. Dostayevski və Talstoy da köhnəlib, amma […]
ADPU-nun Psixoloji Klubu seminar təşkil edib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Psixoloji klubunun üzvləri Şamaxı və İsmayıllı şəhərlərinə, o cümlədən Lahıc qəsəbəsinə səyahət edərək təmiz havada elmi seminar-treninqlər təşkil ediblər. Seminar klubun koordinatoru professor Elmar Hüseynovun rəhbərliyi ilə keçirilib. Tədbirdə “PsyCare” peşəkar psixoloji xidmətlər mərkəzinin korreksiyaedici psixoloqu Aynur Əliyevanın və “NM” psixoloji və nitq inkişaf mərkəzinin rəhbəri, peşəkar defektoloq-loqoped Şəhla Əliyevanın […]
Təhsil Nazirliyində yeni təyinat olub – FOTO

Mektebgushesi.az -ın məlumatına görə, Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətinin sabiq rəhbəri Səmayə Məmmədova Təhsil Nazirliyində işə başlayıb. Onun hansı vəzifəyə təyinat aldığı isə hələ tam dəqiqləşməyib. Məlumatı “Qafqazinfo”ya nazir Emin Əmrullayev də təsdiq edib: “Bəli, o, hazırda bizdə işləyir”.
DİQQƏT! Bu müəllimlərin əmək müqaviləsinə xitam veriləcək

“Sertifikatlaşdırmadan keçə bilməyən müəllimlərin əmək müqaviləsinə xitam verilə bilər. Bu barədə əmək qanunvericiliyində də bildirilib ki, təhsilverənlər sertifikasiyadan keçməsə, növbəti ildə onların əmək müqaviləsinə xitam verilir”. Mektebgushesi.az Xəzər Xəbərə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı keçirdiyi tədbirdə bildirib. O, müəllimlərin sertifikatlaşdırmasının növbəti mərhələ üçün […]