Mektebgushesi

BDU-nun tələbələri Daşkəsən və Gədəbəydə istehsalat təcrübəsində

Bakı Dövlət Universiteti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti arasında müqaviləyə əsasən, BDU-nun Geologiya fakültəsinin IV kurs tələbələri şirkətin Daşkəsən filiz rayonundakı “Covdar” mədənində istehsalat təcrübəsi keçiblər. Təcrübə müddətində tələbələr mədəndə müxtəlif süxur və minerallar, onların metasomatik dəyişilmə zonaları ilə tanış olub, filiz kütlələrini, tektonik elementləri izləyib, qızıl filizlərini yerləşdirən yan süxurların petroqrafik tərkiblərini öyrənib, müasir […]

ADPU və GRUNİ arasında virtual mübadilə davam edir  

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq layihələr və qrantlar şöbəsinin təşəbbüsü və Xarici Dillər Mərkəzinin dəstəyi ilə Gürcüstanın Tbilisi şəhərində yerləşən Qriqol Robakidze Universiteti (GRUNİ) ilə birgə virtual mübadilə layihəsi davam edir. Layihə çərçivəsində növbəti birgə virtual dərs mayın 14-də keçirilib. ADPU-nun Xarici Dillər Mərkəzinin müəllimləri Mirvari Qasımova və Yasəmən Babayeva “Brands” mövzusunda interaktiv praktik […]

İlahiyyat İnstitutu Gəncə şəhərində abituriyentlərlə görüş təşkil edib

  Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2022-2023-cü tədris ili üzrə ali təhsil müəssisəsinə yüksəkintellektli və savadlı gənclərin cəlb olunmaları məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir. İnstitut heyətinin növbəti səfəri Gəncə şəhərinə olub. Tədbirdə Aİİ-nin fəaliyyəti, tədris olunan ixtisaslar və qəbul qaydaları barədə ətraflı […]

Məktəblərdə “Basketbol sinfi” yaradılacaq

Bu gün Azərbaycan Basketbol Federasiyasının son beş ayda gördüyü işin hesabatı açıqlanıb. Mektebgushesi.az-ın xəbərinə görə, federasiyanın seleksiya üzrə koordinatoru Zərbəli Sahibcanovun açıqladığı hesabatda fevraldan bəri regionlar üzrə yarışların təşkil olunduğu bildirilib. Belə ki, şagirdlər üçün U-12, U-14, U-17 Kuboku və ali məktəbdə təhsil alanlar üçün Tələbə Kuboku keçirilib. Həmçinin gənclərin basketbol inkişaf proqramı hazırlanıb. Bu […]

Fizika fənni üzrə seminarda iştirak etmək istəyənlərin nəzərinə

  Fizika fənnindən imtahanlara hazırlaşan şəxslər üçün mayın 18-i saat 15:00-da keçiriləcək seminar üçün daxil olan müraciətlərin çoxluğunu nəzərə alaraq, qeydiyyat vaxtından əvvəl dayandırılıb. Bu barədə Təhsil İnstitutundan bildirilib. Qeyd olunub ki, digər şəxslər yaxın vaxtlarda elan olunacaq link vasitəsilə qeydiyyatdan keçməklə növbəti seminarlarda iştirak edə bilərlər. Həmçinin seminarın keçiriləcəyi ünvanda dəyişiklik olunub. Seminar 240 nömrəli […]

Yeni təyin olunan məktəb direktorları ilə seminar-görüş keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinə yeni təyin olunan direktorlar ilə “Təhsil müəssisələrində illik fəaliyyətin icra vəziyyəti” mövzusunda görüş-seminar keçirilib. Seminar-görüşdə BŞTİ-nin müdir müavinləri Hüseyn Əsgərov və Orxan Kərimov, sektor müdirləri Fuad Babayev, Anar Mustafazadə, Kamran Əliyev, Səccət Mahmudov, Sevinc Rəsulova və Bəşarət Məmmədov ictimaiyyətlə əlaqələr işinin səmərəli təşkili və vahid […]

Magistraturaya sənəd qəbulu bu gün başa çatır  

Magistraturaya sənəd qəbulu bu gün saat 23:59-dək davam edəcək. Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az-a bildirilib ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. Bu gün saat 09:35-ə olan məlumata əsasən, 11 min 991 bakalavr (Azərbaycan bölməsi – 11109 ; rus bölməsi – 882 ) ərizəsini təsdiq edib. Sənəd qəbulunda iştirak etmək istəyənlər […]

BDU-da Elmi Şuranın növbəti iclası keçirilib

  Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclası keçirilib. İclasda yaz semestrinin imtahan sessiyasına hazırlıqla bağlı müvafiq tapşırıqlar verilib,  qanunvericiliyə uyğun olaraq bakalavriat və magistratura səviyyələri üzrə Yekun Dövlət Attestasiyasının təşkili haqqında qərar qəbul olunub. Daha sonra BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 2021-ci il üzrə hesabatı dinlənilib. Liseyin direktoru Arif Bağırov qeyd edib ki, […]

Bakı Ali Neft Məktəbində Xalq şairi Ramiz Rövşənin poeziya gecəsi

Bakı Ali Neft Məktəbində (BANM) Xalq şairi Ramiz Rövşənin poeziya gecəsi və tələbələrlə görüşü keçirilib. Əvvəlcə poeziya ustasına həsr edilən videomaterial nümayiş etdirilib. Sevilən şairi Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edən rektor Elmar Qasımov bu görüşün tarixi gün olduğunu vurğulayıb: “Pandemiya dövründə Xalq şairi Ramiz Rövşənlə tələbələrin onlayn görüşünü keçirmişdik. Bu gün hörmətli şairimizi Ali […]

Atatürk Universitetinin nümayəndə heyəti ADAU-da səfərdədir

  Türkiyənin Atatürk Universitetinin nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər edib. Səfərdə Səhiyyə Elmləri İnstitutunun müdiri professor Elif Çadırcı, müdir müavini professor Abdulmecit Albayrak, Klinik Tədqiqat, İnkişaf və Dizayn Tətbiqi və Tədqiqat Mərkəzinin müdiri professor Zekai Halıcı, Əczaçılıq fakültəsinin əməkdaşı professor Yasin Bayır iştirak ediblər. Universitetin Baytarlıq təbabəti fakültəsində qonaqlarla keçirilən görüşdə çıxış […]

Əfqanıstanda hakimiyyət qızların altıncı sinifdən sonra oxumasına icazə verəcək

Əfqanıstanda hakimiyyətə gələn “Taliban” hərəkatı qızların altıncı sinifdən sonra oxumasına icazə verəcəklərini vəd edib. Modern.az xəbər verir ki, “CNN” telekanalına müsahibəsində müvəqqəti hökumətdə təmsil olunna daxili işlər naziri Siracuddin Hakkani hökumətin hazırda bunu mümkün edəcək mexanizm üzərində çalışdığını bildirib. “Heç kim qadınların təhsil almasının əleyhinə deyil, qızların isə 6-cı sinfə qədər məktəbə getməsinə artıq icazə verilib. […]

Cəlilabadda məktəb dağılmaq üzrədir – FOTO

Cəlilabad rayonunun Üçtəpə kənd 2 nömrəli ümumi orta məktəbi qəzalı vəziyyətdədir. Bu barədə “Report”un Muğan bürosuna məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat verib. Valideynlər bildiriblər ki, məktəb çoxdandır bu vəziyyətdədir və heç bir təmir-bərpa işləri aparılmır: “Yağış, qar yağanda tavandan siniflərə tökülür. Təkcə sinif otaqları yox, müəllimlərin də oturduğu otağa da tökülür. Ümumiyyətlə məktəb qəzalı […]

Təbriz Dövlət Universitetin azərbaycanlı tələbəsi qəflətən ölüb – FOTO

İranda ali təhsil alan 23 yaşlı azərbaycanlı tələbə qəfil vəfat edib. Qafqazinfo.az xəbər verir ki, əslən Sabirabad rayonundan olan, İran İslam Respublikasının Təbriz Dövlət Universitetinin tələbəsi Zeynallı Gülşən Ariz qızı qəflətən dünyasını dəyişib. İlkin məlumata görə, onun ölüm səbəbi ürək dayanmasıdır. Qeyd edək ki, o, Memarlıq mühəndisliyi fakültəsinin 3-cü kurs tələbəsi olub.  

İraqda qum fırtınası: Məktəblər bağlandı, uçuşlar dayandırıldı – FOTO/VİDEO

İraqda şiddətli qum fırtınası həyatı iflic edib. Ölkədə məktəblərdə təhsil bir günlük dayandırıldığı halda, Bağdad Beynəlxalq Hava Limanı və Nəcəf aeroportunda uçuşlar təxirə salınıb. İraqın rəsmi xəbər agentliyinin məlumatına görə, İraqın qərbində səhər saatlarında başlayan şiddətli qum fırtınası qısa zamanda paytaxt Bağdad və digər şəhərlərə də keçib. Ölkədə boğulma təhlükəsi ilə üzləşən onlarla insan xəstəxanalara […]

Televiziyalarımız nəyə xidmət edir? – Deputatdan etiraz

Bu gün Azərbaycanın bir sıra televiziya kanallarında yayımlanan verilişlər Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasına deyil, həmin dəyərlərin məhvinə xidmət edir. Azərbaycan kişisini və ya qadınını ekran qarşısında alçaltmaq nəyə xidmət edir? Ola bilər ki, onlar həyatlarının hansısa mərhələsində səhvə yol veriblər. Biz onu mütləq ictimailəşdirib müzakirə obyektinə çevirməliyik? Yeri gəlmişkən başqa bir sualı da ünvanlayıram. […]