Sprawdź Promo Code 202
Sprawdź Promo Code 2023 Vulkan Vegas Promo Computer Code No Deposit Odbierz Bonus Code! Content Czy Do Odebrania Bonusu Potrzebny Jest Ice Casino Kod Promocyjny? Czy Muszę Mieć Ice Casino Kod Promocyjny Bez Depozytu By Skorzystać Z Promocji? Vulkan Vegas Kod Promocyjny — Oferta 2023 Jak Można Wypłacić Wygrane Zdobyte Za Pomocą Ice Casino Bonus […]
UNEC-in Karyera mərkəzində növbəti təlim

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera mərkəzinin təşkilatçılığı ilə tələbələr üçün növbəti təlim keçirilib. UNEC-dən bildirilib ki, tədbirdə “PAŞA Bank” ASC-nin KOS Bankçılıq departamentinin rəqəmsal qeyri-kredit məhsullar üzrə qrup rəhbəri Xanım Rüstəmova “Kreativ biznes strategiyası və dinamik məhsul idarəedilməsi” mövzusunda çıxış edib. Təlimdə uğurlu biznes strategiyasının qurulmasından, biznes analizlərinin düzgün şəkildə aparılmasından, eləcə də beynəlxalq […]
Riyaziyyat, fizika və biologiya üzrə fənn olimpiadalarının final turu keçirilib

Mayın 14-də riyaziyyat, fizika və biologiya fənləri üzrə respublika fənn olimpiadalarının final turu keçirilib. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müvafiq fənlər üzrə final turunda 300-ə yaxın şagird iştirak edib. Riyaziyyat və biologiya fənləri üzrə şagirdlərə 3 saat, fizika fənni üzrə isə 4 saat vaxt verilib. Yoxlama və yazı işlərinə baxış prosesindən […]
UFAZ-da “Açıq qapı” günü olacaq

Mayın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) valideynlər və abituriyentlər üçün “Açıq qapı” günü keçiriləcək. UFAZ-dan bildirilib ki, tədbirdə Azərbaycan-Fransız Universitetinə qəbul prosesi və təhsil müəssisəsində tədris proqramları barədə məlumat veriləcək, abituriyentin və onların valideynlərinin sualları cavablandırılacaq. Qeyd edək ki, UFAZ-da bütün ixtisaslar üzrə tədris 4 […]
“Məktəb liderliyi” proqramına müraciətlərin qəbulu başa çatıb

“Məktəb liderliyi” proqramına müraciətlərin qəbulu başa çatıb. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proqrama elektron sənəd qəbulu mərhələsi üzrə ümumilikdə 1006 müraciət (747 nəfər qadın və 260 nəfər kişi) daxil olub. Müraciət edən namizədlərdən 37 nəfəri direktor, 288 nəfəri direktor müavini, 614 nəfəri müəllim, 66 nəfəri isə digər vəzifələrdə çalışır. Müraciətçilərdən 843 nəfər […]
“Şuşa ili”nə UNEC töhfəsi – “Xəzinə” sərgisi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn məktəbinin müəllimi Aynur Rzayevanın Şuşa ilinə həsr olunan “Xəzinə” adlı rəsm sərgisinın açılışı olub. Muzey Mərkəzində təşkil olunan sərginin açılışında UNEC rektoru professor Ədalət Muradov, universitetin professor-müəllim heyəti, ölkənin tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar və digər qonaqlar iştirak ediblər. Sərginin açılışında çıxış edən rektor Ədalət Muradov gənc müəllim […]
Zaqatala rayonunda Azərbaycan İlahiyyat İnstitutunun maarifləndirmə tədbiri keçirilib

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşəbbüsü və Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Aİİ-yə yüksək intellektli və savadlı gənclərin cəlb olunmaları məqsədilə maarifləndirmə tədbiri keçirilib. Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ramin Həsənov giriş nitqi ilə çıxış edərək, müasir dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin elm və təhsilin inkişafına xüsusi […]
Təhsil İnstitutu mütəxəssis vəzifəsinə vakansiya elan edib

Təhsil İnstitutu Məktəbəqədər təhsilin inkişafı şöbəsinə mütəxəssis vəzifəsinə vakansiya elan edir. İnstitutdan bildirilib ki, uyğun gələn mütəxəssis Məktəbəqədər təhsilin inkişafı şöbəsinin fəaliyyət istiqamətlərinə uyğun olaraq araşdırma aparacaq, araşdırmanın nəticələrinə və qabaqcıl beynəlxalq təcrübələrə əsasən məktəbəqədər təhsilin məzmununun təkmilləşdirilməsi və yeni yanaşmaların tətbiqi istiqaməti üzrə təkliflər verəcək, metodik tövsiyələrin yazılmasına cəlb olunacaq. Müsabiqədə iştirak etmək istəyənlərin […]
Azərbaycanın yeganə fransızdilli “Le Carrefour” qəzetinin 15 yaşı tamam olur

Azərbaycanda fransız dilində nəşr olunan yeganə mətbu orqan “Le Carrefour” (Yol qovşağı) qəzeti Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 14 may 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Bu mətbu orqan ölkəmizdə ilk və yeganə frankofon (fransızdilli) qəzetdir. “Le Carrefour” qəzeti fransız dilində yeganə mətbu orqan olaraq Azərbaycan Mətbuat Şurasının üzvlüyünə qəbul edilib. Qəzetin yaradılmasında əsas məqsəd Azərbaycan-Fransa, eyni […]
Təkrar ali təhsil alan çağırışçılara möhlət hüququ şamil olunmayacaq

Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiq edib. Mektebgushesi.az xəbər verir ki, dəyişikliyə əsasən, adyunkturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə möhlət veriləcək. Möhlət hüququ təkrar ali təhsil alan çağırışçılara şamil olunmayacaq.
BDU tələbələri istehsalat təcrübəsində olublar

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbələri mayın 10-dan 13-dək Qobustan Milli Tarixi-Bədii Qoruğu, Quba Soyqırımı Memorial Kompleksi, S. Ə. Şirvani adına Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi və Qəbələ Arxeoloji Mərkəzində istehsalat təcrübəsində olublar. Təcrübədə Tarix ixtisası üzrə 122, Tarix müəllimliyi ixtisası üzrə 109 tələbə və SABAH qrupları Tarix müəllimliyi ixtisasının tələbələri iştirak ediblər. Təcrübəyə Arxeologiya və etnoqrafiya […]
Prorektor barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılıb

Yasamal Rayon Məhkəməsində Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Elmira Pənahova barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılıb. APA xəbər verir ki, Elmira Pənahovanı əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sabiq kafedra müdiri Fərhunə Atakişiyeva məhkəməyə verib. Fərhunə Atakişiyevanın iddiasına görə, Elmira Pənahova çalışdığı akademiyada əməkdaşlarının üzv olduğu “WhatsApp” qrupunda onun şəxsiyyətinə toxunan bir xəbər […]
14 mindən çox şagirdin ümumi orta təhsil səviyyəsi üzrə imtahan verəcəyi gözlənilir

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 15-də 15 şəhər və rayonda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, mayın 15-də: – əvvəlki illərin məzunları 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı; – müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari […]
Arxeoloq alimlərimiz Türkiyədə beynəlxalq konqresdə məruzə ilə çıxış ediblər

Türkiyədə Azərbaycanın görkəmli numizmat alimi, tarix üzrə elmlər doktoru, professor Əli Rəcəblinin 95 illiyinə həsr olunan beynəlxalq konqres keçirilib. Konqresin plenar iclasında AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru tarix elmləri doktoru, professor Abbas Seyidov salamlama nitqi ilə çıxış edib. Bu barədə institutdan bildirilib. Bölmə iclasında isə A.Seyidovun “Qarabağın son Neolit dövrü abidələri” mövzusunda […]
İctimai Şura üzvləri ilə təhsilverənlərin sertifikatlaşdırılması prosesi müzakirə edilib

Mayın 13-də Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının üzvləri ilə Təhsil Nazirliyi yanında İctimai Şura arasında görüş keçirilib. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının sədri, təhsil nazirinin müavini Muxtar Məmmədov sertifikatlaşdırma prosesinin məqsədi barədə fikirlərini bölüşərək, prosesin təhsilverənlərin peşəkar inkişafında əhəmiyyətli rol oynayacağını vurğulayıb. Muxtar Məmmədov bu prosesə ilkin mərhələdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, […]