Mektebgushesi

ADNSU-da “Anamın kitabı” tamaşası nümayiş olunub

  Mayın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Şuşa ili” çərçivəsində Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında Cəlil Məmmədquluzadənin “Anamın kitabı” tamaşası nümayiş olunub. Dahi Cəlil Məmmədquluzadənin XX əsrin əvvəllərində qələmə aldığı “Anamın kitabı” pyesi əsasında səhnələşdirilən tamaşa iştirakçılar tərəfindən maraqla qarşılanıb. Tamaşadan sonra ADNSU-nun rektoru, professor M.Babanlı dahi Cəlil Məmmədquluzadənin 1920-ci […]

ADNSU ilə “SPM Oil and Gas” şirkəti arasında Memorandum imzlanıb

  Mayın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “SPM Oil and gas” şirkəti ilə görüş keçirilib. Görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, prorektorlar, universitetin professor-müəllim heyəti, “SPM Oil and gas” şirkətinin Rusiya və Şərq ölkələri üzrə regional rəhbəri Elnur Qulamov və nümayəndə heyəti iştirak edib. Tədbiri giriş sözü ilə açan rektor, professor M.Babanlı […]

Lisey və gimnaziyalara şagird qəbuluna START VERİLDİ

Mayın 13-dən ölkə üzrə bir sıra lisey və gimnaziyalara 2022-2023-cü tədris ili üçün şagird qəbulu prosesinə başlanılıb. Təhsil Nazirliyindən verilən məlumata görə, lisey və gimnaziyalara mərkəzləşdirilmiş qəbul imtahanında iştirak üçün ərizə qəbulu portal üzərindən 9 iyun 2022-ci il tarixinədək həyata keçiriləcək. Valideynlər qeyd edilən portal üzərindən övladının şəxsi kabineti vasitəsilə lisey və gimnaziyalara qəbul üzrə təqdim olunmuş […]

ADU-nun İspan dili mərkəzinin yaradılmasının 10 illiyi ilə əlaqədar təntənəli tədbir keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) İspan dili mərkəzinin yaradılmasının 10 illiyi ilə əlaqədar təntənəli tədbir keçirilib. Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, mərasimdə səkkiz ispandilli ölkənin Azərbaycandakı səfiri iştirak edib. ADU-nun rektoru, akademik Kamal Abdulla İspan dili mərkəzinin yaradılmasının 10 illiyinin qeyd olunmasını əlamətdar hadisə kimi dəyərləndirib. Rektor qeyd edib ki, universitetdə ispandilli ölkələrin dili, […]

ADPU-nun Şəki filialında TEC-in XV konfransı keçirilib

  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Tələbə Elmi Cəmiyyətinin XV konfransı keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunan konfransın plenar iclası mayın 11-də keçirilib. Konfransı giriş sözü ilə filialın direktoru, riyaziyyat elmləri doktoru, dosent Rafiq Rasulov açaraq, ulu öndərin Azərbaycanda elm və təhsilin inkişafına göstərdiyi misilsiz xidmətlərdən bəhs edib. […]

“Şuşanın istixana qazlarından azad yaşıl iqtisadi inkişaf perspektivləri” BDU- da müzakirə olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti (MHX) Bakı Dövlət Universitetində () “Şuşa ili” çərçivəsində “Şuşanın istixana qazlarından azad yaşıl iqtisadi inkişaf perspektivləri” mövzusunda tədbir keçirib.    Tədbirin açılışında çıxış edən BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Mais Süleymanov qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman […]

Gömrük Akademiyası və Ege Universitetinin birgə təşkilatçılığı ilə simpozium keçirilib

12-13 may tarixlərində Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) və Türkiyənin Ege Universitetinin (EÜ) Türk Dünyası Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə “Soyuq müharibədən sonrakı dövrdə sosial, iqtisadi və siyasi inkişaf kontekstində Cənubi Qafqaz” mövzusunda II beynəlxalq simpozium keçirilib. Onlayn formatda seksiyalarla iki gün davam edən simpoziuma hər iki ali təhsil müəssisəsinin nümayəndələri ilə yanaşı Özbəkistan, Gürcüstan, […]

Mirzə Ələkbər Sabir şeir müsabiqəsi

  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında böyük şairimiz Mirzə Ələkbər Sabirin anadan olmasının 160 illiyinə həsr olunmuş şeir müsabiqəsi keçirilib. Müsabiqənin ilk mərhələsi Şamaxı Rayon Təhsil Şöbəsi tərəfindən orta məktəblərdə təşkil edilib. Filialda keçirilən ikinci mərhələdə rayonun müxtəlif məktəblərindən olan şagirdlər M.Ə. Sabir yaradıcılığından gözəl nümunələrə müraciət etməklə bir-birindən maraqlı kompozisiya və səhnəciklər […]

Content O Jogador Não Pode Retirar A Mostbet Oferece Apoio Ao Cliente? É Seguro Jogar Na Mostbet? O Jogador Está Enfrentando Um Problema Não Especificado As Modalidades E Eventos De Apostas Acusações Que Cortam O Jogo As Tentativas Do Jogador De Se Auto-excluir Foram Ignoradas Perguntas Frequentes O Jogador Está Tendo Dificuldades Para Sacar Seus […]

Biologiya, tarix və coğrafiya fənləri üzrə hazırlıq kurslarının növbəti məşğələləri təşkil olunub

  Dövlət İmtahan Mərkəzində (DİM) biologiya, tarix və coğrafiya fənləri üzrə qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının birinci mərhələsinin üçüncü məşğələsi keçirilib. Bu barədə DİM-dən məlumat verilib. Hazırlıq kursları DİM-in əsas inzibati binasında əyani formada, regiondan olan iştirakçılar üçün isə onlayn keçirilib. Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, […]

Azərbaycan komandası ABŞ-da keçirilən robototexnika yarışmasında yüksək nəticə göstərib 

ABŞ-da keçirilən “VEX Robotics World Championship 2022” yarışmasında ölkəmizi təmsil edən komandamız böyük uğura imza atıb. Belə ki, Ginnesin Rekordlar Kitabına dünyanın ən böyük robototexnika yarışması kimi düşən “VEX Robotics World Championship 2022”-də Azərbaycan komandası göstərdiyi nəticələrə görə divizionun “Energy Team” kubokunu qazanıb. Ölkəmizi yarışda təmsil edən komandamız yarışdığı divizionda 20 ən yaxşı komanda siyahısına […]

Regional Təhsil idarələrinin PR fəaliyyəti üzrə görüş keçirilib 

Mayın 13-də Regional Təhsil idarələri tərəfindən PR və kommunikasiya işinin təşkili ilə bağlı onlayn görüş keçirilib. Görüşdə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun əməkdaşları, Regional Təhsil idarələrinin müdirləri və idarələrə daxil olan bölgələr üzrə PR əməkdaşları iştirak ediblər. Görüşdə yeni yaradılmış idarələr tərəfindən ictimaiyyətin düzgün və dolğun məlumatlandırılması, sosial media üzərindən aktiv və davamlı paylaşımların təşkili, uğurlu […]

İlahiyyat İnstitutunun tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

İlahiyyat İnstitutunun tələbələri ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzini ziyarət ediblər Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Ziyarət zamanı tələbələrə Mərkəzlə bağlı geniş məlumat verilib. Qeyd edilib ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının […]

DİM mayın 21-də və 22-də qəbul imtahanı verəcək abituriyentlərə müraciət edib

  Dövlət İmtahan Mərkəzi (DİM) mayın 21-də III ixtisas qrupu, mayın 22-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək. Mayın 22-də III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə də imtahan keçiriləcək. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, […]

KOICA-nın yeni layihəsi ilə bağlı işçi qrup BMU-da olub

Bakı Mühəndislik Universitetində (BMU) Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) tərəfindən maliyyələşdirilən  “Azərbaycanda innovasiya siyasətinin səmərəliliyinin artırılması məqsədilə innovasiyalar üzrə strateji yol xəritəsinin hazırlanması” layihəsi ilə əlaqədar ölkəmizdə səfərdə olan işçi qrupla görüş keçirilib. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Koreya İnkişaf Strategiya […]