Mektebgushesi

Kafedra müdiri: “Universitetdə müəllimin tutuquşudan fərqi olmayacaq”

“Xarici ölkələrdə yüksək keyfiyyətli təhsil alan gənc müəllimlər ölkəmizdə fəaliyyət göstərmək üçün geri qayıdırlar. Biz onlara akademik karyera vəd edərək universitetə cəlb edirik. Lakin cəmi bir il işlədikdən sonra heç nəyin onların təhsil aldıqları ali məktəblərdəki kimi olmadığını görüb, uzaqlaşırlar”. Oxu.Az xəbər verir ki, bu fikirləri AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olarkən Bakı Mühəndislik […]

Şagirdlərin elektron yerdəyişməsi prosesi dayandırılır

  Mayın 31-i saat 17:00-dan etibarən 2021-2022-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi dayandırılacaq. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, növbəti tədris ili üçün elektron yerdəyişmə prosesinin başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Xatırladaq ki, şagirdlərin elektron yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Digər dillərdə tədris aparılan birinci siniflərə qəbulla bağlı müsahibələr yekunlaşır

  Dövlət ümumi təhsil müəssisələrinin digər dillərdə tədris aparılan birinci siniflərinə qəbulla bağlı müsahibələr sabah yekunlaşır. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsahibədən uğurla keçən uşaqlar üçün məktəb və müəllim seçimi mərhələsi isə iyunun 11-18-də təşkil ediləcək. Qeyd edək ki, mayın 4-dən 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start […]

BDU və Ankara Universiteti arasında ikili diplom proqramlarının qəbuluna dair razılıq əldə edilib

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Türkiyənin Ankara Universitetinin rektoru Necdet Ünüvar ilə görüşüb. BDU-dan bildirilib ki, rektor Elçin Babayev qonağa Azərbaycanın ən böyük və ilk universiteti olan BDU-da elmin bütün sahələri üzrə kadr hazırlığı həyata keçirildiyini bildirib. Qeyd edib ki, tədqiqat universiteti statusunu almağa hazırlaşan BDU-nun inkişaf strategiyasının əsas prioritetlərindən biri də beynəlxalq […]

ADNSU-da Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin açılışı olub

Mayın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin açılış mərasimi keçirilib. Açılış mərasimində Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, universitetin rektoru, professor Mustafa Babanlı, Milli Məclisin deputatları və digər rəsmi şəxslər iştirak ediblər. Açılış rəmzi sayılan qırmızı lent kəsildikdən sonra tədbir iyulun 15-də Türkiyədə dövlət […]

AzTU-nun komandaları “TEKNOFEST Azərbaycan”da mükafatlandırılıb

  “TEKNOFEST Azərbaycan” çərçivəsində keçirilən müsabiqələrin II və III yeri tutan komandalarının mayın 29-da mükafatlandırılma mərasimi olub. Mektebgushesi.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin (AzTU) “TwoDice Sabah” komandası “Sosialyönümlü texnologiyalar” müsabiqəsinin B kateqoriyasında ikinci, “Hi-Tech” komandası isə “Robotexnika” müsabiqəsinin B kateqoriyasında üçüncü yerə layiq görülüb. AzTU-nun mentorluq etdiyi şəhid ailələrinin övladlarından ibarət “Zəfər” komandası isə […]

Yaz semestri üzrə tələbə krediti üçün müraciətlərin qəbulu başa çatır   

Mayın 31-də yaz semestri üçün təhsil tələbə krediti əldə etmək istəyən tələbələrin müraciətlərinin qəbulu başa çatacaq. Bu barədə Mektebgushesi.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, yaz semestri üçün təhsil krediti almaq istəyən tələbələr notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron informasiya sisteminə www.e-ttkf.edu.az müraciət edə bilərlər. Müraciətlər qeyri-iş günləri də daxil olmaqla, hər gün qəbul olunur. […]

AMEA-nın Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirilib

AMEA-nın Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirilib. Bu barədə AMEA-dan bildirilib. Akademiyanın Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən görüşdə AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov 44 günlük Vətən müharibəsi ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunduğunu, Azərbaycanın öz gücü hesabına tarixi ədaləti bərpa etdiyini bildirib. Qeyd edib ki, xalqımızın və ordumuzun Ali Baş […]

Peşə Təhsili üzrə Dövlət Agentliyi “Sistem inzibatçısı” üzrə təlim təşkil edəcək

  Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçiriləcək “Sistem inzibatçısı” üzrə təlimə müraciətlər qəbul olunur. Agentlikdən  bildirilib ki, təlimə iştirakçıları “Windows” platformalı serverlərin əməliyyat sistemlərinin qurulması, idarə olunması, proqram təminatlarının paylanması, yenilənməsi, serverlərin profillənməsi və monitorinqi, nasazlıqların aşkarlanması və aradan qaldırılması kimi sahələrdə biliklər əldə edəcəklər. İştirakçıların əldə etdikləri nəzəri bilikləri təlim zamanı tapşırıqlar vasitəsilə […]

Mədəniyyət və İncəsənət Universiteti yenidənhazırlanma təhsili üçün qəbul aparır

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) 2022/2023-cü tədris ilində müvafiq ixtisaslar üzrə ödənişli əsaslarla yenidənhazırlanma təhsili almaq üçün qəbul elan edir. ADMİU-dan bildirilib ki, musiqişünaslıq, turizm bələdçiliyi, turizm işinin təşkili, bədii yaradıcılıq və ekran dramaturgiyası (ssenarist) və sənətşünaslıq (kinoşünaslıq) ixtisaslar üzrə tədris əyani formada həyata keçiriləcək. ADMİU-da yenidənhazırlanma təhsili Nazirlər Kabinetinin 2010-cu il 6 […]

Lisey və gimnaziyalara 2022-2023-cü tədris ili üçün şagird qəbulu aparılır

  Lisey və gimnaziyalara 2022-2023-cü tədris ili üçün şagird qəbulu prosesi davam edir. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, lisey və gimnaziyalara mərkəzləşdirilmiş qəbul imtahanında iştirak üçün ərizə qəbulu sy.edu.az portalı üzərindən iyunun 9-dək aparılacaq. Valideynlər qeyd edilən portal üzərindən övladının şəxsi kabineti vasitəsilə lisey və gimnaziyalara qəbul üzrə təqdim olunmuş 3 müxtəlif seçimdən […]

Tikişçi peşə ixtisası üzrə fəaliyyət göstərən vətəndaşların nəzəri bilikləri qiymətləndirilib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən tikiş avandanlıqlarının operatoru, tikişçi peşə ixtisası üzrə fəaliyyət göstərən, lakin peşəsi üzrə təhsil sənədi olmayan vətəndaşların nəzəri biliklərinin qiymətləndirilməsi məqsədilə test imtahanı keçirilib. Bu barədə TKTA-dan məlumat verilib. Bildirilib ki, Qiymətləndirmə Komissiyasına işəgötürən nümayəndəsi olaraq “LEYACOUTURE” moda evinin təsisçisi, modelyer və dizayneri Leyli Zalova, ekspert qismində Mədəniyyət və Sənətkarlıq üzrə […]

Türkiyədə məktəbliləri daşıyan avtobus yük maşını ilə toqquşub – FOTO

Türkiyənin Mersin şəhərində məktəbliləri daşıyan avtobusla yük maşınının toqquşması nəticəsində 11 nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım maşınları çağırılıb. Qəza səbəbilə Mersindən Antalya istiqamətinə gedən yolda hərəkət müvəqqəti dayandırılıb. Son məlumata görə, yaralı məktəblilərdən birinin və avtobus sürücüsünün vəziyyəti ağırdır.   Mənbə: “İhlas Haber Ajansı” (İHA)

Nadir İsrafilov: Bu gün də müəllimlərin əhatəsindəyəm və onlar mənə müəllim olduğumu unutdurmurlar…

 Yeganə təsəllim odur ki, bu gün də müəllimlərin əhatəsindəyəm və onlar mənə müəllim olduğumu unutdurmurlar… Artıq neçə illərdir ki,  başlıca məşğuliyyətim əsasən klasskləri oxumaq, əlimin altında olan müasir ədəbiyyatlarla tanış olmaq, retro və son illərdə istehsal olunan filmlərə baxmaq, media təmsilçilərinin və dostluğumda olan feysbuk istifadəçilərinin əlaqar suallarını cavablandırmaq, dəvət olunduğum müxtəlif səpgili tədbirlərə qatılmaq, […]

Magistraturaya qəbul imtahanının nəticələrinin 3-4 gün ərzində elan edilməsi nəzərdə tutulur

  Mayın 29-da Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı (II cəhd) keçirib. DİM-dən bildirilib ki, magistraturaya qəbul imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda ümumilikdə 61 binada təşkil edilib. Binalarda bakalavrların rahat imtahan verməsi üçün zəruri şərait yaradılıb. İştirakçıların imtahan vaxtını düzgün idarə edə bilməsi üçün Bakı […]