Mektebgushesi

Müəllimin məktəbdə şagirdə zərbə vurması təsdiqlənib – RƏSMİ

Paytaxtdakı 27 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdinin (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) müəllimi tərəfindən döyülməsinə dair məsələ Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırılıb. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib. Qurumdan qeyd edilib ki, araşdırma zamanı məlum olub ki, 14.04.2022-ci il tarixində tənəffüs zamanı sözügedən məktəbin müəllimi […]

Cupones Para Codere En Veracru

Cupones Para Codere En Veracruz Patrocinios Para Codere Content Conclusión Y Revisiones Del Producto De Codere: Un Web Recomendado Depósitos ¡prueba Su Suerte Con Las Promociones Codere México! Los Momios Para Codere Opciones Bancarias De Casino Codere Codere ¿cómo Funcionan Las Apuestas Deportivas? Pasos Afin De Registrarse En Codere Mx ¿qué Ofrece El Codigo Promocional […]

BDU-nun Jurnalistika fakültəsində Nəsir Əhmədlinin 80 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində görkəmli ziyalı, professor Nəsir Əhmədlinin 80 illik yubileyinə həsr olunmuş “Azərbaycan mediası yeni müstəvidə” mövzusunda Respublika elmi konfransı keçirilib. Tədbirin moderatoru Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, dosent Aynur Nəsirova qonaqları salamlayaraq konfransı açıq elan edib, günün əhəmiyyətini diqqətə çatdırıb. Daha sonra Tədris tele-radio studiyasının (BDU TV) görkəmli […]

Biologiya və tarix fənləri üzrə qiymətləndirmə kitabçaları müzakirə edilib

  Mayın 12-də Dövlət İmtahan Mərkəzində biologiya və tarix fənləri üzrə işçi qrupların növbəti iclasları keçirilib. Mərkəzdən  bildirilib ki, iclaslarda respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklər əsasında hazırlanmış “Qiymətləndirmə kitabçaları” dərsliklərlə müqayisəli təhlil edilib. Müzakirə edilən məsələlərlə bağlı iştirakçılar tərəfindən fikir bildirilib və təkliflər söylənilib. Qeyd edilmiş təkliflər kitabçaların təkmilləşdirilməsində nəzərə alınıb. Növbəti iclaslarda müzakirələr […]

“Ekologiya və torpaqşünaslıq elmləri XXI əsrdə” mövzusunda III Respublika elmi konfransı

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ekologiya və torpaqşünaslıq elmləri XXI əsrdə” mövzusunda III Respublika elmi konfransının plenar iclası keçirilib. Tədbiri giriş sözü ilə açan Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyəti, Azərbaycanın inkişafı və […]

UFAZ-da “Total Energies” şirkəti və Fransa səfirliyinin birgə maliyyələşdirdiyi təqaüdlər təqdim edilib

  Mayın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) “Total Energies EP Absheron” və Fransa səfirliyinin birgə maliyyələşdirdiyi təhsil təqaüdlərinin təqdimat mərasimi keçirilib. Bu barədə  ADNSU-dan məlumat verilib. Tədbirdə çıxış edən ADNSU-nun rektoru professor Mustafa Babanlı “Total Energies EP Absheron” və Fransa səfirliyi tərəfindən UFAZ tələbələri üçün həyata […]

Elnur Nəsibov Təhsilin İnkişafı Fondunun sədri təyin edildi  

Təhsil nazirinin müşaviri Elnur Nəsibov yeni vəzifəyə təyinat alıb. Mektebgushesi.az xəbər verir ki, E.Nəsibov Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri təyin edilib. Qeyd edək ki,  Elnur Nəsibov 2020-ci ildə Təhsil Nazirinin müşaviri təyin olunub. Ona  qədər isə Peşə Təhsili üzrə Dövlət Agentliyində direktor müavini vəzifəsində çalışıb.

Tədris digər dildə aparılan bölmələr üzrə I sinfə qəbul üçün müsahibələr keçirilir

Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbulu üçün müsahibələr keçirilir. Müsahibələr 31 may 2022-ci il tarixinədək davam edəcək. Müsahibə üçün müraciət edən vətəndaşların övladları şəxsi kabinetlərindəki bildirişdə qeyd olunmuş tarixə uyğun olaraq müsahibədə iştirak edirlər. Müsahibələr bitdikdən sonra nəticəsi məqbul hesab edilən uşaqlar üçün həmin bölmə üzrə məktəb seçimi […]

Şəki rayonunda Azərbaycan İlahiyyat İnstitutunun maarifləndirmə tədbiri keçirilib  

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşəbbüsü və Şəki Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Aİİ-yə yüksək intellektli və savadlı gənclərin cəlb olunmaları məqsədilə maarifləndirmə tədbiri keçirilib. Tədbirdə giriş nitqi ilə çıxış edən Şəki Rayon İcra Hakimiyyətinin nümayəndəsi Sadiq Yusifov bildirib ki, ölkə başçısının rəhbərliyi altında ölkəmizdə təhsil sisteminin inkişafı ilə bağlı aparılan islahatlar dövlətin həyata keçirdiyi sosial […]

ADA Universitetində “Avropa Günü” seminarı keçirilib

  Mayın 12-də ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu (IDD) və Avropa İttifaqı (Aİ) Nümüyəndəliyinin təşkilatçılığı ilə Avropa İttifaqının üzv ölkələrinin səfirləri və diplomatların iştirakı ilə “Avropa Günü: Avropa İttifaqı haqqında daha çox öyrən” mövzusunda seminar keçirilib. Mektebgushesi.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələri, “Gənc Avropa Səfirləri” şəbəkəsinin üzvləri və tələbələr iştirak […]

İbtidai sinif müəlliminin qiymətləndirilməsi aparılacaq – RƏSMİ

“Müəllimlərin sertifikatlaşdırılması prosesinin birinci mərhələsində ibtidai təhsil səviyyəsi üzrə 11 min nəfərin ilkin qiymətləndirilməsi təmin ediləcək”. Mektebgushesi.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib. O bildirib ki, sertifikatlaşdırma şurasının qərarına görə iyundan prosesə başlanılacaq: “Avqustdan test imtahanını keçirməyi düşünürük. Mərhələli şəkildə növbəti illərdə digər müəllimlərin də cəlbi planlaşdırılır”.  

Eşqi Bağırov: “65 yaşa qədər bütün müəllimlər serifikatlaşdırmadan keçə bilər”

“Yaşı 65-ə qədər olan bütün müəllimlər serifikatlaşdırmadan keçə bilər”. Mektebgushesi.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib. Onun sözlərinə görə, çalışmanın son yaş həddinə çatdıqdan sonra fəaliyyəti davam edəcək müəllimlər də bu prosesə qoşula bilər. “Əməkhaqqı islahatları nəzərdə tutulduğu təqdirdə sertifikatlaşdırma nəticələri əsas götürülə bilər”, – şöbə müdiri qeyd edib.

Dövlət İmtahan Mərkəzi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək

İmtahanlar 15 şəhər və rayonda təşkil olunur və 14112 nəfərin iştirakı nəzərdə tutulur. Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-ci il mayın 15-də: – əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı; – müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı; – […]

ADPU-da magistrantlarla “Təhsil liderliyi – xarakter, yoxsa vəzifə” mövzusunda dərs-görüş keçirilib

  Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) MBA (Təhsilin təşkili və idarə edilməsi) ixtisaslaşmasının magistrantları ilə “Təhsil liderliyi – xarakter, yoxsa vəzifə” mövzusunda dərs-görüş keçirilib. ADPU-nun Tədris departamentinin direktor müavini, Təhsil menecmenti kafedrasının dosenti Ənvər İmanov tərəfindən təşkil olunan dərs-görüşdə “AAAF Holdinq”in vitse-prezidenti, biznes konsultant və peşəkar təlimçi Fəxri Ağayev və onun komandasının üzvləri, ADPU-nun baza […]

BSU -ya yeni mətbuat katibi təyin olunub

Zeynəb Kazımova Bakı Slavyan Universitetinin (BSU) yeni yaradılmış Mətbuat və informasiya mərkəzinin müdiri vəzifəsinə təyin olunub.  Mektebgushesi.az xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkədəki hesabında bildirib: “Bakı Slavyan Universitetinin yeni yaradılmış Mətbuat və informasiya mərkəzi həm sözügedən ali təhsil ocağının media ilə əlaqələrini, həm BSU TV və radiosunun fəaliyyətini, həm də bu Mərkəzin iş […]