Kəşfiyyat müharibəsi: İran müəllimlərin aksiyalarının “səbəbini” tapıb – TƏHLİL

İranla Qərb arasında nüvə anlaşmasının imzalanması üçün danışıqlar getdiyi bir zamanda tərəflərin bir-birinə qarşı kəşfiyyat müharibəsi intensiv hal alır. Tehran İranda müəllimlərin etiraz aksiyalarının səbəbini sosial vəziyyətdə deyil, kəşfiyyat-təxribat fəaliyyətinin tərkib hissəsində axtarır, hərçənd ki, əsaslı dəlillər təqdim edilməyib. Orası da düzdür ki, İran İsrail kəşfiyyatının, Qərb kəşfiyyatının xeyli agent yerləşdirdiyi ölkədir və Tehran da […]
İyundan müəllimlərin sertifikatlaşdırılmasına başlanacaq -RƏSMİ

İyun ayından etibarən dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesinə başlanılır. Təhsil Nazirliyindən Mektebgushesi.az -a verilən xəbərə görə, təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim […]
Nadir İsrafilov: “ Məktəbin vəzifəsi yetirmələrini həyata hazırlamaqdır. Mütəxəssis hazırlamaq isə bilavasitə universitetlərin işidir”

Son zamanlar dərsliklər və dərs proqramları ilə bağlı şikayətlər artıb. Valideynlər bildirirlər ki, ikinci sinif uşağına kompüterlə bağlı kitab üzrə dərs keçirlər, amma uşağa kompüterə baxmaq ziyan olduğu üçün keçilən dərsin də bir mənası yoxdur. Eyni zamanda, yeddi yaşında uşağa musiqi dərsində temp, ritm barədə məlumat öyrədilir. Nəticədə uşaq artıq ikinci sinifdən informasiyanı beyninə yığa […]
“SABAH Magistratura” proqramında təhsil alan tələbələr üçün təlim təşkil edilib

Təhsil İnstitutu tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin “SABAH Magistratura” proqramında təhsil alan tələbələri üçün “Azərbaycanda qeyri-formal və informal təhsilin tanınmasının tətbiqi zamanı yaranmış çətinliklər və gələcək üçün perspektivlər” mövzusunda təlim təşkil olunub. Bu barədə Təhsil İnstitutundan məlumat verilib. Təlimin qonağı Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Samirə Quliyeva olub. Təqdimat […]
Qazaxıstanın Atırau Universitetinin baş müəllimi AzMİU-da təcrübə keçib

Qazaxıstan Respublikasının X.Dosmuxamedov adına Atırau Universitetinin baş müəllimi Dinara Axmurzina iki həftə müddətində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Biznesin iqtisadiyyatı və menecment kafedrasında tədris və elmi-tədqiqat sahəsində aparılan işlər üzrə təcrübə mübadiləsi keçib. AzMİU-dan bildirilib ki, kafedranın müdiri professor Məhəbbət Məmmədov və kafedra əməkdaşları qonağa menecment və biznesin iqtisadiyyatı və idarə edilməsi ixtisasları […]
Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, elektron ərizələrin qəbulu iyulun 1-dək internet vasitəsilə aparılır. Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra DİM-in müvafiq internet səhifəsinə daxil olub “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Subbakalavra aid təhsil məlumatları “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən […]
Bakı Elm Olimpiadasının I mərhələsinin nəticələri bəlli olub

Ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən Bakı Elm Olimpiadasının I mərhələsinin nəticələri bəlli olub. Belə ki, 288, 315, 326, 26, 95, 276, 313, 117, 94, 136, 158, 252, 299, 200, 202, 229 nömrəli tam orta məktəblərin, 291 nömrəli Ekologiya liseyinin, 160 nömrəli Klassik Gimnaziyanın, 147 nömrəli Texniki-Humanitar Liseyin və 220 nömrəli məktəb-liseyin şagirdlərindən ibarət komandaları […]
Dillər Universitetində “Azərbaycan-Çin teatr əlaqələri” seminarı

Azərbaycan Dillər Universitetində “Azərbaycan-Çin teatr əlaqələri” seminarı keçirilib. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov teatr sənəti sahəsində Azərbaycan-Çin əlaqələrinin inkişafından danışıb. Xalqımızın ümummilli lideri Heydər Əliyevin Çinə tarixi səfəri zamanı iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında imzalanan müqavilənin əhəmiyyətini də vurğulayıb. R.Abbasov, teatr sənətinin xalqlar arasında sülhün möhkəmləndirilməsinin və […]
ADPU kollektivi ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) kollektivi Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycanın banisi Heydər Əliyevin anadan olmasının 99 illiyi münasibəti ilə Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət ediblər. Universitet rəhbərliyi, müvafiq struktur bölmələrinin rəhbərləri, o cümlədən professor-müəllim heyəti və fəal tələbələr ümummilli lider H.Əliyevin məzarı üzərinə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. Qeyd olunub […]
Kurikulum ləğv edilsin, edilməsin? – Tələskənliyə yol verilib

“Bu gün kurikulumun ləğvindən danışmaq obyektiv mövqe hesab oluna bilməz, baxmayaraq ki, onun tətbiqi cəmiyyət üzvləri tərəfindən heç də birmənalı qarşılanmayıb, müxtəlif mübahisələrə, narazılıqlara, polemikalara, fikir ayrılıqlarına səbəb olub”. Bu fikirləri Bakupost.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib. Ekspert bildirib ki, kurikulum sisteminə keçiddə tələskənliyə yol verilib: “Narazılıqlara qaldıqda isə, bunu danmaq ədalətsizlik olardı. Yəni, kurikulumun […]
Təhsil tələbə krediti almaq üçün müraciətlərin qəbulu davam edir

2021-2022-ci tədris ilinin yaz semestri üzrə təhsil tələbə krediti almaq üçün müraciətlərin qəbulu davam edir. Mektebgushesi.az xəbər verir ki, təhsil krediti üçün müraciət etmək istəyən tələbənin yaşı 18-dən aşağı olduqda valideynləri və ya himayəçisi ilə bir yerdə, yaşı 18-dən yuxarı olduqda isə özü notarial xidmətə yaxınlaşaraq bir sıra razılıqları ərizəsi ilə təsdiq etməlidir. Daha sonra tələbə […]
Doktoranturaya qəbul imtahanında xarici dil seçiminə qoyulan məhdudiyyət ləğv olunub

Dövlət İmtahan Mərkəzi (DİM) doktorantura səviyyəsində xarici dil üzrə qəbul imtahanı verəcək iddiaçılarına müraciət edib. DİM-dən “Report”a verilən məlumata görə, mərkəzin doktorantura səviyyəsində xarici dil üzrə qəbul imtahanı zamanı müvafiq magistratura ixtisaslaşmasını (filologiya, (xarici dil və ədəbiyyat üzrə dilşünaslıq və ya ədəbiyyatşünaslıq), xarici dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə) bitirən namizədlərin […]
Biləsuvar Təhsil Kompleksinə yeni rəhbər təyin olunub

Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Təhsil Kompleksinə yeni icraçı direktor təyin edilib. Bu barədə “Report”un Muğan bürosuna Təhsil Kompleksindən məlumat verilib. Biləsuvar Rayon Təhsil Şöbəsinin sabiq müdiri Aqşin Bağırov heyətə təqdim olunub. O, Kompleksin gələcəyə doğru yüksək inkişaf tempinin, bu vektordakı müsbət istiqamətin davamlılığını təmin etməyin qarşıda duran ən vacib məqsəd və təhsil, təlim- […]
Azərkosmosun əməkdaşları Memarlıq və İnşaat Universitetinin tələbələri üçün infosessiya keçirib

Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) əməkdaşları Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mexanika və informasiya texnologiyaları fakültəsinin tələbələri üçün infosessiya keçirib. Bu barədə AzMİU-dan məlumat verilib. Azərkosmosun Strateji inkişaf və planlaşdırma departamentinin rəhbəri Natəvan Həsənova agentliyin fəaliyyəti, idarəçiliyində olan “Azerspace-1”, “Azerspace-2” və “Azersky” peykləri vasitəsilə göstərilən telekommunikasiya, teleradio yayım və Yer səthinin məsafədən müşahidə […]
Mingəçevir Dövlət Universitetinin voleybol komandası şəhər turnirinin qalibi olub

2022-ci ilin 6 may tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş voleybol üzrə təhsil müəssisələri arasında şəhər turniri keçirilib. Universitetin İdman-sağlamlıq kompleksində təşkil olunan turnirdə MDU, Mingəçevir Turizm Kolleci və Mingəçevir Tibb Kollecinin tələbələri, Mingəçevir şəhər Uşaq-Gənclər […]