Şagirdlərin elektron yerdəyişmə prosesi davam edir

Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların və I-VIII və X siniflərdə təhsil alan şagirdlərin elektron yerdəyişmə prosesi davam edir. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir. Xatırladaq ki, buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi aktiv edilməyib. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları nəzərə alınaraq martın […]
DİM: 1300-ə yaxın namizəd rezidenturaya qəbul imtahanı verəcək

Mayın 15-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd) keçiriləcək. DİM-dən bildirilib ki, imtahanda 1279 namizəd iştirak edəcək. Onlardan 1021-i Azərbaycan, 258-i isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 564-ü oğlan, 715-i qızdır. 685 nəfər cari ilin, 965 nəfər əvvəlki illərin məzunudur. […]
Mingəçevir Dövlət Universitetinin səkkiz əməkdaşı Türkiyədə təlim və təcrübə keçəcək

2022-ci ilin 6 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) qardaş Türkiyənin tərəfdaş ali təhsil müəssisələrindən olan Qazi Universitetinə və İstanbul Gedik Universitetinə (İGÜN) təlim və təcrübəyə göndərilən universitetin akademik və inzibati heyət üzvləri ilə görüş keçirilib. Görüşdə qardaş ölkənin nüfuzlu ali təhsil müəssisələrində təlim və təcrübə ilə bağlı elan edilmiş müsabiqədən uğurla keçən əməkdaşları təbrik […]
BDU alimləri “Sağlamlıq və Çirklənmə Fəaliyyət Planı”nın müzakirəsində iştirak ediblər

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasının dosenti Məhluqə Yusifova və ekoloji kimya kafedrasının dosenti Təranə Əliyeva Xəzər Universitetində Sağlamlıq və Çirklənmə üzrə Qlobal Alyans (GAHP) tərəfindən Azərbaycan Respublikasında həyata keçirilən “Sağlamlıq və Çirklənmə Fəaliyyət Planı” (HPAP- Health and Pollution Action Plan) layihəsinin müzakirəsində iştirak ediblər. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, aşağı və […]
“Sanskrit başqa dilləri tez və səmərəli öyrənməyə kömək edir” – ADU-nun Sanskrit dili müəllimi

Sanskrit mənşəcə “lətif danışıq” (cilalanmış, düzənlənmiş) mənasını verir. Hind-Avropa dil ailəsinin, Ari dilləri qrupunun Hind qoluna mənsub qədim dildir. Bu dil Azərbaycan Dillər Universitetində də universitetin rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə macarıstanlı professor Anna Piko tərəfindən tədris olunur. Mən də onun dərsində iştirak etmək imkanı tapdım. Anna xanım dərsi ingilis dilində tədris edir. Bunun […]
BDU-da Azərbaycanda kitab mədəniyyəti mövzusunda Respublika konfransı keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsi, Kəlbəcər Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının (YAP) Kəlbəcər rayon təşkilatı və Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ulu öndər Heydər Əliyev və Azərbaycanda kitab mədəniyyəti” mövzusunda Respublika konfransı keçirilib. […]
NDU ilə Ərzurum Atatürk və Van Yüzüncü İl universitetləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Türkiyənin Ərzurum Atatürk Universitetinin rektoru, professor Ömər Çomaklı, beynəlxalq əlaqələr ofis koordinator köməkçisi, professor Ali Çağlar Güllücə, Van Yüzüncü İl Universitetinin rektoru, professor Hamdullah Şevli və universitetin prorektoru Sabahattin Şevgin Naxçıvan Dövlət Universitetində (NDU) olublar. Mektebgushesi.az xəbər verir ki, rektor Elbrus İsayev Türkiyə ali məktəblərinin rektorları ilə görüşdə əməkdaşlıq əlaqələrindən bəhs edib. Bildirilib ki, bu tarixi […]
Prezident Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə də tanış olublar. “Report” xəbər verir ki, təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və birinci xanıma görüləcək işlər barədə məlumat verdi. Fəaliyyətə 1881-ci il sentyabrın 20-də başlayan Şuşa Realnı Məktəbi həm tədrisi, təhsil ənənələri, həm də […]
Doktoranturaya sənəd qəbulu başa çatıb

Ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesi başa çatıb. Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər (dissertantura daxil olmaqla) xarici dil imtahanında iştirak üçün portal.edu.az səhifəsində “Şəxsi kabinet” açmalıdır. Namizədlər “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidməti vasitəsilə qəbul olmaq istədiyi və eyni zamanda “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş təhsil […]
Birinci sinfə qəbulda yerlər dəqiqələr içində necə tutuldu? – AÇIQLAMA

Birinci sinfə qəbul prosesində orta məktəblərdəki şagird yerlərinin dəqiqələr içərisində tutulmasına aydınlıq gətirilib. Mektebgushesi.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 6 may 2022-ci ildən mektebeqebul.edu.az elektron sistemində Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisəsi seçimi, tədris digər dillərdə aparılan bölmələrə isə şifahi nitq bacarıqlarının yoxlanılması üzrə təşkil ediləcək mərkəzləşdirilmiş […]
Növbəti “GRE General Test” imtahanı keçirilib

Mayın 10-da Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında növbəti “GRE General Test” imtahanı keçirilib. Mərkəzdən bildirilib ki, imtahanda 2 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər. Növbəti “GRE General Test” imtahanının iyunun 9-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək […]
Kimya fənni üzrə qyimətləndirmə tapşırıqları müzakirə edilib

Mayın 10-da Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə işçi qrupun növbəti iclası keçirilib. Mərkəzdən bildirilib ki, iclasda respublikanın ümumtəhsil müəssisələrində istifadəyə veriləcək (elektron versiyalar Təhsil Nazirliyinin https://www.trims.edu.az/site/index.php portalında yerləşdirilib) 10-cu sinif dərsliyi ilə həmin sinif üçün dərsliyin əvvəlki nəşri əsasında hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitabçası müqayisəli təhlil edilib. Müzakirə edilən məsələ ilə bağlı iştirakçılar tərəfindən fikir bildirilib […]
Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsinə qeydiyyat davam edir

Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsinə qeydiyyat mayın 14-dək davam edəcək. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahanın II mərhələsi (qanunvericilik üzrə) mayın 29-da keçiriləcək. Qeydiyyat üçün linkə daxil olmaq lazımdır. Bu mərhələ (qanunvericilik) üzrə imtahan vermək istəyən namizədlər aşağıda qeyd edilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər: -Kiçik və Orta Sahibkarlıq Subyektləri […]
Fənn olimpiadalarının respublika mərhələsinin final turunun nəticələri elan edilib

Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya fənləri üzrə keçirilən fənn olimpiadalarının respublika mərhələsinin final turunun nəticələri elan edilib. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, aşağı yaş qrupu üzrə 1-3-cü və 3-cü yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 4-8-ci və 8-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 9-15-ci və 15-ci yerlə eyni nəticəni göstərən […]
Təhsildə keyfiyyət Təminatı Agentliyi ilə Bakı Texniki Kolleci arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Təhsildə keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə Azərbaycan Texniki Universiteti nəzdində fəaliyyət göstərən Bakı Texniki Kolleci arasında təlim xidmətinin göstərilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Bu barədə TKTA-dan məlumat verilib. Bildirilib ki, müqaviləyə əsasən TKTA-nın peşəkar ekspertləri tərəfindən Bakı Texniki Kollecinin əməkdaşlarına keyfiyyət təminatına dair təlimlər keçirilməsi nəzərdə tutulur. Təlimlərin əsas məqsədi kollecin pedaqoji və inzibati heyətinə […]