Mektebgushesi

UFAZ-ın magistratura proqramlarına onlayn qeydiyyat davam edir

  2022/2023-cü tədris ili üçün Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) magistratura proqramlarına tələbə qəbulu davam edir. Bu barədə UFAZ-dan məlumat verilib. Bildirilib ki, UFAZ magistratura pilləsində aşağıda qeyd olunan ixtisaslar üzrə tam dövlət əsaslı təhsil təklif edir: -Böyük verilənlər bazası və süni intellekt; -Fiziki kimya və kimya mühəndisliyi; […]

Azərbaycan və Türkiyə təhsil işçiləri “Dəyirmi masa”da

Azərbaycan və Türkiyə təhsil işçilərinin iştirakı ilə “Heydər Əliyevin əqli mülkiyyət xəzinəsindən” mövzusunda “Dəyirmi masa” keçirilib. Paytaxtdakı 239 nömrəli tam orta məktəbdə keçirilən “Dəyirmi masa”da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Türkiyənin İzmit şəhərinin Anadolu liseyinin direktoru Mehmet Çelebi, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, şəhid ailələri, türkiyəli müəllimlər, şagirdlər və […]

İlahiyyat İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllim və tələbələrinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib. Aİİ rektoru, dosent Aqil Şirinov ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk gündən etibarən, milli-mənəvi və dini dəyərlərimizin qorunması istiqamətində gördüyü mühüm işlərdən bəhs edib. A.Şirinov bildirib ki, ölkəmiz müstəqillik qazandığı illərdən tolerantlıq ənənələrinin […]

Paytaxt məktəblərində ulu öndərə həsr olunmuş tədbirlər

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar tədbirlər təşkil olunub. Təhsil müəssisələrində Heydər Əliyevin anım günü ilə əlaqədar konfrans, “Dəyirmi masa”, mühazirə və seminarlar təşkil olunub, fotostendlər qurulub, sərgi, müsabiqə və idman yarışları keçirilib. Tədbirlərdə BŞTİ, rayon icra hakimiyyətləri, müxtəlif  idarə […]

Buraxılış imtahanlarının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 16-17 aprel 2022-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub. İmtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2022/netorta/) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları […]

Xaricdə təhsil alan gənc həkimlərin ölkəyə qayıtması üçün hansı işlər görülür? – AÇIQLAMA

“Xaricdə təkmilləşmə və oxumaq üçün gedən həkimlərin həmin ölkədə deyil yenidən Azərbaycana qayıtmasına maraq yaratmaq üçün bir sıra tədbirlər görülür”. Oxu.Az xəbər verir ki, bu sözləri səhiyyə naziri Teymur Musayev bu gün jurnalistlərə açıqlamasında deyib. Nazirin sözlərinə görə, Azərbaycan Tibb Universitetinin məzunları böyük bir siyahını əhatə edir: “Tibb Universitetinin xarici ölkələrdə rezidenturaya daxil olan məzunları ilə […]

İntihar edən məktəbli qızı tutmağa çalışan gömrük işçisinin SON DURUMU

“İntihar edən məktəbli qızı xilas etməyə çalışarkən ağır xəsarətlər alan 37 yaşlı Zahid Niyazovun vəziyyəti ağır stabildir”. Oxu.Az xəbər verir ki, ailə yaxınlarının verdiyi məlumatına görə, Z.Niyazovun 8 saat davam edən çənə və qol əməliyyatı uğurlu olub: “Hazırda Dövlət Gömrük Komitəsinin hospitalında müalicəsini davam etdirir. Həkimlər çənə və qol əməliyyatını icra etdilər. Özündədir, yanına ziyarətçi buraxılmır. […]

Komitə sədrindən məktəblilərin intiharları ilə bağlı AÇIQLAMA

“Bu məsələlər istər sosial mediada, istərsə də ənənəvi jurnalistikada mütəmadi müzakirə ediləcək. Bu, hər cür fikir bildiriləcək məsələ deyil”. Oxu.Azxəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərin məktəblilər arasında intihar halları ilə bağlı suallarını cavablayarkən deyib. O bildirib ki, belə məsələlər adətən peşəkarlıq tələb edir: “Bu məsələnin müzakirəsində, yanaşmasında […]

ATMU-da konfrans: Beynəlxalq turizm, menecment və mədəniyyət

  Azərbaycan Turizm və Menecment Universitetində (ATMU ) “Beynəlxalq turizm, menecment və mədəniyyət” mövzusunda beynəlxalq konfrans keçirilib. ATMU-dan  bildirilib ki, beynəlxalq tədbir universitetin Biznes idarəçiliyi fakültəsinin, Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin tabeliyində və Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyət dairəsində olan İqtisadi İnkişaf və Sosial Tədqiqat İnstitutunun (İKSAD) təşkilatçılığı ilə ənənəvi və onlayn formatda […]

Azərbaycan dili fənni üzrə vebinar təşkil olunacaq

  Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsinin izahı ilə bağlı vebinarları davam etdirir. İnstitutdan  bildirilib ki, növbəti vebinar mayın 11-i saat 17:00-da Azərbaycan dili fənni üzrə “Tabeli mürəkkəb cümlələr” mövzusunda keçiriləcək. Vebinarın məqsədi tabeli mürəkkəb cümlələrdə baş və budaq cümləni müəyyənləşdiməkdir. Onlayn tədbirdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş mütəxəssisi Məhəmməd Xankişiyev çıxış edəcək. […]

ADNSU-da yaz imtahan sessiyasına hazırlıq məsələlərindən danışılıb  

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) növbəti “Açıq mikrofon” keçirilib. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, tədbirdə ADNSU-nun rektoru professor Mustafa Babanlı 2021/2022-ci tədris ilinin yaz imtahan sessiyasına hazırlıq prosesindən danışıb, tələbələrin tədrisdə keyfiyyət göstəricilərinin və imtahanlara hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb. ADNSU tələbələrinin işlə təmin olunması və əmək bazarına inteqrasiyası üçün universitetin […]

“Nə? Harada? Nə Zaman?” intellektual yarışı üzrə BDU kuboku

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-ci ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən…” adlı “Nə? Harada? Nə Zaman?” intellektual yarışı üzrə Universitet kuboku keçirilib. Yarış Dövlət himninin səsləndirilməsi və Ulu öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Kimya fakültəsinin dekan […]

Əbədi və dönməz müstəqilliyimizin memarı

Hər bir xalqın uzaq və yaxın keçmişində onun taleyinə həlledici təsir göstərmiş, ölkəsinin adını bəşər tarixinə şərəflə həkk etmiş, əsrlər boyu formalaşmış milli-mənəvi dəyərləri qorumaqla dövlətinin gələcəyini uğurla müəyyənləşdirmiş dahilər yetişmişdir. Azərbaycan xalqı da xoşbəxtdir ki, ona taleyinin ən ağır və çətin dövrlərində milli maraqları hər şeydən üstün tutan, zəkası, dühası və istedadı ilə tarix […]

Müəllimlərin iş yerini dəyişməsi üzrə vakansiya seçimi başlayıb

Mayın 10-dan Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılır. Bu barədə Mektebgushesi.az -a nazirlikdən məlumat verilib. Müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiq olunmuş şəhid ailələrinin üzvləri bu gün saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq müvafiq vakant yer seçimi edə bilərlər. […]

Qiymətləndirmə vasitələrinin hazırlanmasına dair hazırlıq kurslarına qeydiyyat aparılır

  Dövlət İmtahan Mərkəzində (DİM) informatika, kimya, fizika, biologiya, coğrafiya, tarix və rus dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kurslarına qeydiyyat aparılır. DİM-dən  bildiriblər ki, kurslarda iştirak üçün qeydiyyat oktyabrın 23-ü saat 23:59-dək davam edəcək. Hazırlıq kurslarında müəllimlər, metodistlər və pedaqoji istiqamətdə ali […]