Fənn müsabiqələri və Lütfi Zadə adına məntiq olimpiadasının tarixi açıqlanıb

Respublika fənn müsabiqələrinin və Lütfi Zadə adına məntiq olimpiadasının final turu mayın 15-də keçiriləcək. Təhsil İnstitutundan Mektebgushesi.az-a bildirilib ki, final turunda iştirak etmək üçün şagirdlər mayın 13-dək buraxılış vərəqəsini əldə edə bilərlər. Buraxılış vərəqəsinin yüklənməsi prosesi https://portal.edu.az/ platforması vasitəsilə həyata keçiriləcək. Buraxılış vərəqəsi əldə etməkdə problem yaşayan şagirdlərin təhsil aldıqları ümumtəhsil müəssisələri və ya yerli […]
Təhsil işçiləri Şuşaya səfər ediblər

Bir qrup təhsil işçisinin Şuşaya səfəri təşkil olunub. Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Birinci Beynəlxalq Kulinariya Festivalı çəçivəsində baş tutan səfərin əsas məqsədi Şuşa şəhərində mövcud vəziyyətlə, şəhərin tarixi-mədəni irsi ilə, eləcə də görülən abadlıq-quruculuq işləri ilə tanış olmaqdan ibarətdir. Təhsil işçiləri Cıdır düzü, Qala divarları, Yuxarı və Aşağı Gövhər Ağa […]
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat elan edilir

DİM 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat elan edir. Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların qeydiyyatı 17 may saat 23:59-dək internet vasitəsi ilə aparılır. 2022-ci ilin fevral ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən bakalavrlar imtahanın ikinci cəhdində iştirak […]
Təhsil tələbə krediti almaq üçün müraciətlərin qəbulu davam edir

2021-2022-ci tədris ilinin yaz semestri üzrə təhsil tələbə krediti almaq üçün müraciətlərin qəbulu davam edir. Bu barədə Mektebgushesi.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təhsil krediti üçün müraciət etmək istəyən tələbənin yaşı 18-dən aşağı olduqda valideynləri və ya himayəçisi ilə bir yerdə, yaşı 18-dən yuxarı olduqda isə özü notarial xidmətə yaxınlaşaraq bir sıra razılıqları ərizəsi […]
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanları keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 8 may 2022-ci il tarixində inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirilib. Mektebgushesi.az xəbər verir ki, AB, AC, BA vəzifə qrupları üzrə olan imtahanlar kompüter vasitəsilə keçirilib. Namizəd […]
Doktoranturaya sənəd qəbulu başa çatır

Ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesi başa çatır. Təhsil Nazirliyindən verilən məlumata görə, proses 10 may saat 23.59–da bitəcək. Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər (dissertantura daxil olmaqla) xarici dil imtahanında iştirak üçün portal.edu.az səhifəsində “Şəxsi kabinet” açmalıdır. Namizədlər “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidməti vasitəsilə qəbul olmaq […]
“Heydər Əliyev və təhsil: dünəndən bugünə”

10 may saat 16:00-da “Gündəm təhsildir” onlayn müzakirə proqramının “Heydər Əliyev və təhsil: dünəndən bugünə” mövzusunda növbəti buraxılışı yayımlanacaq. Proqramın budəfəki qonağı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədovdur. Qeyd edək ki, onlayn müzakirə proqramı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.
Təhsil Forumu Sosial Platformasının yaranmasının 3 illiyi qeyd edilib – FOTO

Bu gün “PORT RİVOLİ BAKU HOTEL” də 120 mindən artıq təhsil ictimaiyyətini özündə birləşdirən Təhsil Forumu Sosial Platformasının yaranmasının 3 illiyi qeyd edilib. Tədbiri ümumtəhsil məsələləri üzrə mütəxəssis Elşən Qafarov açaraq Sosial Platforma haqqında məlumat verib və bölgələrdən olan koordinatorları təqdim edib. Sosial Platforma haqqında üç illik hesabat üçün söz platformanın rəhbəri Emil Tağızadəyə verilib. […]
ADPU-nun dekanı – Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır

XX əsrdə Azərbaycan xalqının dünyaya bəxş etdiyi dahi şəxsiyyətlər sırasında ən parlaq ulduz Ulu öndər Heydər Əliyevdir. 1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır […]
Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir

Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların və I-VIII və X siniflərdə təhsil alan şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir. Bu barədə Mektebgushesi.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki,şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir. Xatırladaq ki, buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi aktiv edilməyib. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları nəzərə alınaraq martın […]
Sabahdan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi başlanılır

Mayın 10-dan etibarən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılır. Bu barədə Mektebgushesi.az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, müsabiqə qaydalarına uyğun olaraq, iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə vakansiya seçimi ilkin olaraq şəhid ailələrinin üzvləri üçün aktivləşdiriləcək. Müsabiqə üzrə qeydiyyatdan […]
Ukraynada müharibə nəticəsində ölən uşaqların sayı durmadan artır

Ukraynada Rusiya ordusunun hərbi əməliyyatları nəticəsində 225 uşağın öldüyü, 413 azyaşlının isə yaralandığı bildirilib. Bu barədə Ukrayna baş prokurorluğu məlumat yayıb. Həmçinin, qurumdan verilən açıqlamada Rusiya bombardmanları nəticəsində 1635 təhsil müəssisəsinin zərər gördüyü, onlardan 126-nın tamamilə məhv edildiyi qeyd edilib.
Tehranda məktəblərin fəaliyyəti dayandırıldı

İranın paytaxtı Tehranda havanın çirkliliyinin 201 mikroqram/kubmetr səviyyəsinə yüksəlməsi səbəbindən uşaq bağçaları, ibtidai məktəblər və əlillər üçün özəl məktəblərin fəaliyyəti dayandırılıb. Mektebgushesi.az “Haberqlobal”a istinadla xəbər verir ki, Tehran merinin müavini Abid Mələki qeyri-sabit hava şəraiti və havanın çirklənməsinin kritik səviyyəsinə görə ölkədə fövqəladə vəziyyət elan olunduğunu deyib. Mələki əlverişsiz hava şəraitinə görə uşaq bağçaları, ibtidai məktəblər […]
Heydər Əliyev elm, təhsil və mədəniyyətin himayədarı idi – Ceyhun Məmmədov

Heydər Əliyev şəxsiyyətini, Heydər Əliyev fenomenini öz dəyərincə bütün incəliklərinə qədər qiymətləndirmək mümkün deyil. Çünki ulu öndərimiz kimi dahilər min ildə bir doğulur və xalqının taleyində, tarixində silinməz izlər qoyur, ölkənin ən çətin, ağır dövründə xilaskar rolunu oynayır… Bu dahi insanın fəaliyyətinə, keçdiyi ömür yoluna nəzər salanda aydın görürük ki, Heydər Əliyev bir çox siyasi […]
Review Para Codere Análisis De Casa De Apuestas Online 202
¿qué Premio Recibirán Los Campeones Entre Ma Copa Codere 2023? Content 💰 Bonos Y Promociones Para Codere Mx Reglas Del Blackjack Faq’s Apuestas Deportivas ¿qué Tipo De Apuestas Existen En Eventos Deportivos? Bono Codere Sobre Bienvenida – Código Promocional Codere ¿cómo Puedo Adelantar El Código Para Bonificación Que He Contratado Al Registrarme En El Lugar? […]