Mingəçevir Dövlət Universitetində Müstəqillik Gününə həsr edilmiş dəyirmi masa keçirilib

2022-ci ilin 25 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə Mingəçevir şəhər Tarix Muzeyində “28 May – Müstəqillik Günü”nə həsr edilmiş “Azərbaycanın dövlət müstəqilliyi əbədi və dönməzdir” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada MDU-nun bir qrup akademik heyət üzvü, tələbə və magistrantlar, muzeyin əməkdaşları iştirak ediblər. Tədbirdə giriş sözü […]
Gənclər Fondu neçə istedadlı tələbənin təhsil xərcini ödəyib? AÇIQLAMA

“Beynəlxalq layihələrdən ölkə üzrə 500 mindən çox gənc yararlanıb, eyni zamanda, müsabiqə əsasında ölkə üzrə ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan 1190 istedadlı tələbənin təhsil xərci qarşılanıb”. Mektebgushesi.az-ın məlumatına görə, bunu Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Fondun 10 illik yubileyi ilə bağlı keçirilən mətbuat konfransında deyib. O bildirib ki, 47 gəncin xarici […]
Azərbaycanlı məktəblinin ixtirası sayəsində dəniz və okeanlar daha təmiz olacaq

Bakıda 11-ci sinif şagirdinin ixtirası sayəsində dəniz və okeanları tullantılardan təmizləmək mümkün olacaq. Mektebgushesi.az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə paylaşım edilib. Bildirilib ki, İdrak liseyinin 11-ci sinif şagirdi Emil “Clean Aqua” ixtirasını təqdim edib. Qeyd edilib ki, sözügedən cihaz suyu içəriyə çəkir, filtr suyu təmizləyir və yenidən dənizə boşaldır. Zibil isə konteynerə yığılır. Adıçəkilən qurğu bir […]
Yanaraq öldüyü deyilən 61 yaşlı müəllimə qatili məlum olub

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib. Qeyd edilib ki, mayın 27-i saat 7 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində yanğın […]
Nadir İsrafilov: Uzun illərdən bəri qazanılmış təcrübə və toplanmış potensial

“Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıbdır.” İlham Əliyev 28 May Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biridir. Yüz dörd il bundan əvvəl -1918-ci il mayın 28-də Azərbaycan Xalq cumhuriyyətinin yaradılması ölkəmizin, xalqımızın həyatına böyük tarixi hadisə kimi daxil oldu. 1991-ci ilin oktyabr ayında Azərbaycan xalqı […]
Müstəqillik Günü məktəblərdə qeyd olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 28 may Müstəqillik Gününə həsr olunan tədbirlər keçirilib. Belə ki, təhsil müəssisələrində Müstəqillik Günü ilə əlaqədar konfranslar, mühazirələr, “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət sərgilər, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə şərqdə ilk demokratik respublika olan Azərbaycan […]
AzMİU-da 28 MAY – Müstəqillik Günü ilə bağlı tədbir keçirilib – FOTOLAR

Dünən Azərbaycan Memarlıq və İnşaat Universitetində (AZMİU) 28 MAY – Müstəqillik Günü münasibətilə maraqlı tədbir baş tutub. Universitetin rektoru, professor Gülçöhrə xanım Məmmədovanın mənəvi və işgüzar dəstəyi, Əcnəbi Dillər Kafedrasının müdiri, dosent Aygün xanım Məmmədovanın mükəmməl təşkilatçılığı sayəsində reallaşan tədbir yaddaqalan məqamlarla zəngin idi. Ondan başlayaq ki, toplantı öncəsi Akt zalının yerləşdiyi mərtəbədə qonaqların sevinc hissi, xoş ovqatlı […]
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri elan olunub

18-23 may tarixlərində keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri elan olunub. Mektebgushesi.az xəbər verir ki, müsabiqənin vakansiya seçimi zamanı ümumilikdə 953 nəfər elektron yerləşdirmə nəticəsində uğur qazanmışdır. Qeyd edək ki, uğur qazanan namizədlərin sənədləri yoxlanıldıqdan sonra uyğun namizədlər tutduqları vakansiyaya təyin olunacaq. Bu məqsədlə 6-7 iyun tarixlərində sənədlərin düzgünlüyünün yoxlanılması prosesi həyata […]
M.Ə. Sabirə həsr olunmuş “Məktəb” jurnalının xüsusi nömrəsi nəşr olunub

109 il əvvəl çap olunmuş xüsusi buraxılış latın qrafikası ilə yenidən işıq üzü görüb Böyük Azərbaycan şairi və mütəfəkkiri, milli oyanış, humanizm, müsbət ideallar və demokratik dəyərlərin fədakar carçısı M.Ə.Sabirin anadan olmasının 160 illiyi ərəfəsində “Mütərcim” nəşriyyatı “Məktəb” jurnalının qüdrətli söz ustasına həsr edilmiş xüsusi nömrəsini oxuculara təqdim etmişdir. 1913-cü ildə şairin vəfatının 2-ci […]
BMU-nun rektoru “TEKNOFEST Azərbaycan”da iştirak edən komandalarının stendləri ilə tanış olub

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Havar Məmmədov “TEKNOFEST Azərbaycan” festivalında ali təhsil ocağını təmsil edən komandaların stendləri ilə tanış olub. BMU-nun 7 tələbə komandası öz innovativ layihələri ilə dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “TEKNOFEST – 2022” Aerokosmik və Texnologiya Festivalında iştirak edir. “TEKNOFEST” Festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və […]
ADPU-da görkəmli bəstəkar Nailə Mirməmmədlinin anım günü keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İncəsənət və fiziki tərbiyə fakültəsində Mədəniyyət və İncəsənət Universitetinin dosenti Nərmin Kamilovanın təşkilatçılığı ilə əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin anım günü keçirilmişdir. Tədbirdə İncəsənət və fiziki tərbiyə fakültəsinin dekanı dosent Laçın Həsənova, Musiqi və onun tədrisi texnologiyası kafedrasının müdiri professor Zemfira Abdullayeva eləcə də, kafedranın müəllimləri Elmira Əfəndiyeva, Gülarə […]
Azərbaycan İlahiyyat İnstitutunun tələbələri arasında “Hədis” yarışması keçirilib

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri arasında “Hədis” yarışması keçirilib. Yarışmanın münsiflər heyətində İlahiyyat fakültəsinin müəllimləri – dosent Namiq Abuzərov, dosent Aslan Həbibov, fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov, fəlsəfə üzrə fəlsəfə doktoru Əmir Kahayev təmsil olunublar. Tələbələr tərəfindən maraqla qarşılanan yarışmada qaliblər münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən olunub. Beləliklə, “Hədis” yarışmasında birinci yerə Abdulla […]
MDU -nun voleybol komandası Müstəqillik Gününə həsr edilən şəhər çempionatının qalibi olub

2022-ci ilin 24-26 may tarixlərində Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “28 May Müstəqillik Günü”nə həsr edilən idman oyunları çərçivəsində voleybol üzrə qızlar arasında şəhər çempionatı keçirilib. Üç gün davam edən çempionatda MDU, Mingəçevir Turizm Kolleci, Mingəçevir Tibb Kollecinin tələbələri və Mingəçevir şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbinin şagirdlərindən […]
Ailəşünaslığa dəyərli töhfə: Azərbaycan ailə modeli qloballaşma və millilik kontekstində

İnsani münasibətlərin tərbiyə məktəbi adlandırdığımız ailə cəmiyyətin ilkin özəyidir. Kiçik bir dövləti xatırladan ailədə fəzilət və qəbahət münasibətlər zəminində səciyyələnir. Ər-arvadlıq həyatının başlanğıc mərhələsi; ər-arvadın ailə həyatı haqqında təsəvvürləri; nikah motivlərinin uyğunluğu; mühit dəyişkənliklərinə adaptasiya problemi və s. ailə həyatını və fəaliyyətini şərtləndirən amillərdir. Qloballaşan müasir dünyada ailə kiçik sosial qrup kimi yeni xarakter […]
Summativ qiymətləndirmə ilə bağlı yenilik – RƏSMİ

Təhsil Nazirliyi tərəfindən ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinə məktəbdaxili qiymətləndirmələrin rəqəmsal formada təşkilinə dair müvafiq tövsiyələr verilib. Bununla əlaqədar olaraq, Təhsil Nazirliyinin 146-4 “Qaynar xətt” xidməti ümumtəhsil məktəblərindən daxil olan müraciətlərin cavablandırılması üçün fəaliyyət göstərəcək. Belə ki, proses zamanı hər hansı çətinliklə üzləşdiyiniz hallarda qeyd edilən “Qaynar xətt” xidmətinə müraciət edə bilərsiniz. […]