Təhsil naziri Mingəçevirdə vətəndaşları qəbul edəcək

Təhsil naziri Emin Əmrullayev 24 iyun 2022-ci il tarixində Mingəçevir şəhərində Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarında qeydiyyatda olan sakinləri qəbul edəcək. Qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qeyd olunan şəhər və rayonların sakinləri 27 may – 10 iyun 2022-ci il (saat 18:00-dək) tarixlərində Təhsil […]
ADNSU-da Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin açılışı olub

Mayın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin açılış mərasimi keçirilib. Mektebgushesi.az xəbər verir ki, açılış mərasimində Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, universitetin rektoru, professor Mustafa Babanlı, Milli Məclisin deputatları və digər rəsmi şəxslər iştirak ediblər. Açılış rəmzi sayılan qırmızı lent kəsildikdən sonra tədbir iyulun […]
LDU-da məzun yarmarkası keçirilib

27 may 2022-ci il tarixdə Lənkəran Dövlət Universitetinin I saylı tədris korpusunda LDU və Lənkəran-Astara Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə “məzun yarmarkası” keçirilib. COVİD-19 pandemiyası səbəbindən yaranan 2 illik fasilədən sonra keçirilən bu günkü “məzun yarmarkası”na bölgədə fəaliyyət göstərən 50-dən artıq idarə, müəssisə və təşkilatlar tərəfindən ümumilikdə 450-yə yaxın vakant iş yerləri çıxarılıb. Tədbirin […]
BMU tələbələrinin istehsalat təcrübəsi başa çatıb

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrinin istehsalat təcrübəsi (16 fevral-24 may) başa çatıb. Cari tədris ilində İqtisadiyyat və idarəetmə fakültəsi üzrə 297, Memarlıq və inşaat fakültəsi üzrə 253, Mühəndislik fakültəsi üzrə 336 nəfər olmaqla cəmi 886 tələbə istehsalat təcrübəsində olub. Tələbələr istehsalat təcrübəsini (Ekologiya və Təbii Sərvətlər Nazirliyi, SOCAR, Azərenerji ASC, Azərişıq ASC, Azərsun Holdinq, […]
Gömrük Akademiyasında 28 May – Müstəqillik Gününə həsr olunmuş “Tariximizin şanlı səhifəsi” adlı tədbir keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında 28 May – Müstəqillik Gününə həsr olunmuş “Tariximizin şanlı səhifəsi” adlı tədbir keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları, tələbələri və millət vəkili AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Musa Qasımlı iştirak ediblər. Tədbirdə ilk öncə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad […]
BŞTİ rəhbərliyinin valideynlərlə görüşü davam edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) rəhbərliyinin valideynlərlə görüşü davam edir. Növbəti görüş Sabunçu, Xəzər və Pirallahı rayon məktəblərini təmsil edən valideynlərlə keçirilib. 90 nömrəli tam orta məktəbdə təşkil olunan görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və valideynlər iştirak ediblər. Tədbirdə çıxış edən BŞTİ müdiri Mehriban Vəliyeva məktəb-ailə, müəllim-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsindəki rolundan, […]
“Səndə vardır başqa lətafət, Şuşa!” adlı tədbir keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisəsində “Səndə vardır başqa lətafət, Şuşa!” mövzusunda tədbir keçirilib. Paytaxtdakı 1 nömrəli tam orta məktəbdə təşkil olunmuş tədbirdə BŞTİ-nin Ümumi sektorunun müdiri Sevinc Rəsulova, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, İdarənin İctimaiyyətlə əlaqələr sektorunun nümayəndəsi Xədicə Məmmədova, qazi müəllimlər, şəhid övladları və şagirdlər iştirak […]
ADU-da 28 May-Müstəqillik Günü qeyd olunub

Mayın 26-da Azərbaycan Dillər Universitetində 28 May – Müstəqillik günü ilə bağlı tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. ADU-nun rektoru, akademik Kamal Abdulla bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük […]
Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

Dövlət İmtahan Mərkəzi 4-5 iyun tarixlərində I ixtisas qrupu, həmçinin iyunun 5-də IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, Sabirabad, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq. Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. “İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər […]
Mingəçevir Dövlət Universitetində mina təhlükəsizliyi barədə məlumatlandırıcı tədbir keçirilib

2022-ci ilin 26 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Təhsil və Fövqəladə Hallar nazirliklərinin birgə təşkilatçıllığı ilə mina təhlükəsizliyi barədə maarifləndirici tədbir keçirilib. Tədbirdə nazirliklərin məsul əməkdaşları, universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər. Tədbir iştirakçılarını salamlayan MDU-nun rektoru Şahin Bayramov müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi və yenilməz Azərbaycan […]
Bakıda 14 yaşlı məktəbli qız itkin düşüb

Bakıda yeniyetmə qız itkin düşüb. Lent.az-ın məlumatına görə, Sabunçu rayonu Zabrat qəsəbəsi, R.Göyüşov küçəsində yaşayan 14 yaşlı Əliyeva Aydan Elçin qızı mayın 24-ü saat 14 radələrində yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb. Bu barədə onun anası Y.Mirvelişyeva Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciətində bildirib. A.Əliyevanın tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
“Uşağın nə dilinə yatır, nə də yadında qalır”: Dərslik DƏRDİ, ya şəxsi İNTRİQA? – FOTO

Bu aralar şair, Yazıçılar Birliyinin uşaq ədəbiyyatı şöbəsinin müdiri, əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadənin Azərbaycanda dərsliklərin bərbad vəziyyətdə olması barədə çıxışı, məktəblilər üçün dərslikləri nəşr edən “Altun” nəşriyyatının direktoru, Rafiq İsmayılovu tənqid etməsi cəmiyyətdə geniş müzakirə olunur. Qəşəm Nəcəfzadə dərsliklərə tanınmış şair və yazıçıların əvəzinə heç kimin tanımadığı müəlliflərin adlarının daxil edilməsini sərt tənqid edib və […]
Qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin nəzərinə!

4 və 5 iyun 2022-ci il tarixlərində keçiriləcək qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin nəzərinə! İştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Dövlət İmtahan Mərkəzi 4-5 iyun tarixlərində I ixtisas qrupu, həmçinin iyunun 5-də IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, […]
Ötən gün evində yanaraq ölən müəllim qızının toyundan qayıdıbmış – VİDEO

Gecə Bakıda yanğın olub. Hadisə zamanı ev sahibi 61 yaşlı qadın yanaraq ölüb. Hadisədən sonra mənzildən qadına məxsus qızıllar və pul tapılmayıb. Mərhumun həyat yoldaşı və yaxınları hadisənin qəsdən törədildiyini ehtimal edirlər. Türkiyədən Bakıya qayıdan qadın yaşadığı evdə yanaraq ölüb. Hadisə gecə saatlarında paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib. Beşmərtəbəli binada yaşayan sakinlər 3-cü […]
50 Darmowych Spinów Bez Depozytu 2023 Dla Polskich Gracz
50 Darmowych Spinów Bez Depozytu 2023 Dla Polskich Graczy Bonusy I Promocje W Vulkan Vegas Kasyno Online Content Skorzystaj Z Promocji Z Pulą 5000 Free Spins W Vulkanvegas Vulkan Vegas Hotslots Casino – 40 Darmowych Spinów Za Rejestrację Na Slot Sugar Rush Zgarnij 2000 Free Spins Z Bonusem 2 100€ W Rollingslots Wypłata Wygranej W […]