Magistraturaya növbəti qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi mayın 29-da ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı (II cəhd) keçirəcək. Mərkəzdən Mektebgushesi.az-a verilən məlumata görə, imtahan respublikanın 6 şəhər və rayonunda – Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 61 binada təşkil olunacaq. Hazırda imtahanın idarə olunmasına cəlb olunan əməkdaşların təlimatlandırılması, imtahan binalarının yoxlanılması, zallarda […]
Neft və Sənaye Universitetində “Bir könüllü” təşkilatının üzvləri ilə görüş

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Bir könüllü” təşkilatının üzvləri ilə tələbələr arasında görüş keçirilib. ADNSU-dan Mektebgushesi.az-a bildirilib ki, görüşdə tərbiyə işləri üzrə prorektor dosent Ata Babayev ölkəmizdə, eləcə də universitetdə gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb və könüllülük missiyasını gənclərin çox böyük həvəslə icra etdiyini deyib. Prorektor Azərbaycanda keçirilən müxtəlif beynəlxalq tədbirlərdə, […]
LDU-da “Qarabağ Azərbaycandır” mövzusunda elmi konfrans keçirilib-FOTO

26 may 2022-ci il tarixdə Lənkəran Dövlət Universitetində (LDU) Tələbə Elmi Cəmiyyətinin “Şuşa ili”nə həsr olunmuş “Qarabağ Azərbaycandır” mövzusunda II elmi konfransı işinə başlayıb. Mektebgushesi.az xəbər verir ki, konfrans Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə start götürüb. İkinci Qarabağ savaşında, Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsi konfrans iştirakçıları tərəfindən ehtiramla yad edilib. Lənkəran Dövlət Universitetinin […]
Zona birinciliyinin qalibləri bəlli olub

Paytaxt məktəbliləri arasında “Gənc xilasedici və yanğınsöndürən” IX Ümumrespublika yarışlarının Bakı şəhəri üzrə zona birinciliyi keçirilib. Yarışda Bakı şəhərindəki 102, 56, 136, 274, 207, 229, 186, 295, 28, 50, 285, 31 nömrəli tam orta məktəblər, 220 nömrəli məktəb-lisey və Bakı Slavyan Universitetinin nəzdindəki məktəb-liseyin komandaları qalibiyyət uğrunda mübarizə aparıb. Birincilikdə Bakı şəhəri ilə yanaşı, Sumqayıt məktəbliləri də qüvvələrini sınayıblar. Ümumilikdə birincilikdə 17 […]
ADPU-da “Biologiya gecəsi” adlı tədbir keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Kimya və Biologiya fakültəsinin təşkilatçılığı ilə “Biologiya gecəsi” adlı tədbir keçirilib. Tədbirdə universitetin sosial və humanitar məsələlər üzrə prorektoru profesor Fikrət Rzayev, Tədris departamentinin məzun koordinasiya və karyera bölməsinin müdiri Könül Əsgərova, Fizika fakültəsinin dekanı dosent Arzu Daşdəmirov, Riyaziyyat fakültəsinin dekanı dosent Araz Fərəcov, habelə müəllim və tələbələr iştirak […]
“Ali təhsil haqqında” qanun layihəsi Milli Məclisin gündəliyindən çıxarılıb

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına daxil edilmiş 6 qanun layihəsi qəbul edilməyib. Mektebgushesi.az-ın xəbərinə görə, parlamentin 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilən aşağıdakı qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılmayacaq: – “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi; – “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi; – “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi; […]
Gömrük Akademiyasında Seneqal gömrük xidmətinin nümayəndə heyəti ilə görüş keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında Seneqal Respublikası Baş Gömrük İdarəsinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib. Hər iki ölkə arasında gömrük sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə təşkil edilən görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, Akademiyanın əməkdaşları, Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Kənan Məmmədov, Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəis müavini Kamran […]
Təhsil Nazirliyi: Şabranda körpələr evi-uşaq bağçası ilə bağlı yayılan məlumatlar araşdırılır – FOTO

Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçası ilə bağlı sosial mediada yayılan məlumatlar araşdırılır. Bu barədə Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov məlumat yayıb. O bildirib ki, hazırda məsələ araşdırılır: “Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”. Qeyd edək ki, sosial şəbəkələrdə 1 saylı körpələr evində uşaqlara verilən qidanın fotosu yayılıb. Fotoda yeməklərin keyfiyyətsizliyi və […]
Rusiyada məktəblilərə imtahan vaxtının dəyişdirilməsi üçün “xəstələnmək” təklif olundu

Rusiyada Əsas Dövlət İmtahanı (OQE) üçün səhv tərtib olunmuş tapşırıqlara görə məktəblilərdən özlərinə xəstəliyə vurmaları istənilib. Hadisə Nijni Novqorodda baş verib. Təşkilatçılar məktəblilərə ingilis dilindən səhvləri olan tapşırıqlar veriblər, nəticədə heç kim tapşırığı yerinə yetirə bilməyib. Səhvi elə məktəblilərin özləri tapıblar. Təşkilatçılar tapşırıqlarla bağlı problemi həll etmək üçün saat yarım çalışıblar, lakin sonda uşaqlara iki […]
Bu gün Bakıda “TEKNOFEST Azərbaycan” festivalı başlayır

Bu gün Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalı başlayır. Mektebgushesi.az xəbər verir ki, tədbir dörd gün davam edəcək. Açılış nitqini rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev edəcək. “TEKNOFEST Azərbaycan” festivalının ilk günü “Baykar Makina” şirkətinin texniki direktoru Səlcuq Bayraktar, eləcə də Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank çıxış edəcəklər. Gün ərzində festival iştirakçılarına müxtəlif […]
Şagirdlərin elektron yerdəyişməsi dayandırılır

31 may saat 17:00-dan etibarən 2021-2022-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi dayandırılacaq. Mektebgushesi.az xəbər verir ki, növbəti tədris ili üçün elektron yerdəyişmə prosesinin başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.
ADNSU ilə Konya Texniki Universiteti arasında memorandum imzalanıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru professor Mustafa Babanlı Konya Texniki Universitetinin rektoru professor Babür Özçeliklə görüşüb. ADNSU-dan Mektebgushesi.az-a bildirilib ki, görüşdə təhsil sahəsində görüləcək işlərdən, təhsil və tədrisin keyfiyyətinin qaldırılması istiqamətində əldə olunan yeniliklərdən danışılıb. Həmçinin mübadilə proqramlarının tətbiqi, iki universitet arasında əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Sonda tərəflər […]
Abşeronda şiddətə məruz qalan şagird 1 aydır məktəbə getmir-AİDİO

Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin 9a sinif şagirdi Məmmədli Gülnar İlqar qızı artıq 1 aydır ki, məktəbə getmir. Buna səbəb Gülnar Məmmədlinin həmin məktəbin direktoru Çinarə Atayeva tərəfindən döyülərək şiddətə məruz qalması, telefonunun sındırılması və sinif yoldaşları arasında alçaldılmasıdır. Bu barədə Mektebgushesi.az -a valideynlər tərəfindən məlumat verilib . Belə ki, ciddi […]
Layihə çərçivəsində məktəbdə görüş keçirildi

“Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Bir qəsəbənin üç Milli Qəhrəmanı” adlı layihəsi çərçivəsində daha bir görüş keçirildi. Layihə əməkdaşları bu dəfə Bakının Nizami rayonundakı 70 nömrəli məktəb-liseydə kollektivin qonağı oldular. Tədbirdə “Kür-Xəzər” Xeyriyyə İctimai Birlyinin sədri Akif Kərimov, 70 nömrəli məktəb-liseyin məzunu olmuş, Azərbaycanın […]
“V Beynəlxalq Elm və Təhsildə İnnovativ Texnologiyalar Beynəlxalq konfransı” keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialında “V Beynəlxalq Elm və Təhsildə İnnovativ Texnologiyalar Beynəlxalq konfransı” keşirilmişdir. Konfrans ADPU ilə Türkiyə Cumhuriyyətinin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) təşkilatçılığı ilə baş tutmuşdur. Konfransa 20-dən artıq ölkənin elm adamları qatılmışlar. Filialın direktoru dosent Tünzalə Yusifova qonaqları salamlamış və açılış üçün sözü ADPU-nun rektoru professor […]