Avqust ayının 16-dan 28-nə qədər abituriyentlərin və subbakalavrların ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu prosesi keçiriləcək. Proses Dövlət İmtahan Mərkəzi tərəfindən elektron qaydada aparılır.
Azərbaycanın ən qocaman univeristetlərindən biri, ölkəmizin pedaqoji kadr hazırlığı mərkəzi, müəllimlər ocağı olan Azərbaycan Dövlət Pedaqoji Universiteti 22 ixtisas üzrə üç dildə (Azərbaycan, rus və ingilis dilləri) yüksək ixtisaslı mütəxəssislərin hazırlığını həyata keçirir.
Pedaqoji Universitetdə təhsil almaq və buradakı tələbə mühiti haqqında videodan məlumat ala bilərsiniz.
ADPU və onun Quba, Şəki, Şamaxı, Ağcabədi və Cəlilabad filiallarının bakalavriat səviyyəsində I, II, III, IV və V ixtisas qrupları üzrə qəbul aparılan ixtisaslarının siyahısı və hər bir ixtisas üçün 2021-ci ildə formalaşmış keçid ballarını (ödənişli və dövlət sifarişi əsasında olmaqla, – işarəsi müvafiq ixtisas üzrə 2021-ci ildə dövlət sifarişi ilə qəbulun olmadığını göstərir) təqdim edirik.
Qeyd edək ki, göstərilən ballar 2021-ci ilin qəbul kampaniyası zamanı formalaşıb və dəyişkəndir. İxtisas seçimi zamanı keçid balları ilə yanaşı bu il qruplar üzrə abituriyentlərin balalarının paylanma cədvəlinə baxmanız tövsiyə olunur.
Abituriyentlərin sual, kömək, məsləhət və ətraflı məlumat üçün rəsmi sayt, e-poçt, telefon və bütün sosial şəbəkələr üzərindən universitetə operativ şəkildə müraciət imkanları var.
ADPU-nun mətbuat katibi Cavid Hüseynov