“Bilim Bakı” mərkəzinin direktoru Yusuf Polat Xəzər Universitetinin tələbələri üçün infosessiya keçirib.
Bu barədə universitetdən məlumat verilib.
Mühəndislik və tətbiqi elmlər fakültəsinin dekanı dosent Fəxrəndə Əlimərdanova “Teknofest” yarışması və Xəzər Universitetinin festivalda iştirak edən tələbələri haqqında məlumat verib.
Rektor İradə Xəlilova tələbələrin bu cür yarışmalarda iştirakının onların gələcək fəaliyyəti üçün faydalı olduğunu bildirib, gəncləri belə yarışlarda aktiv iştirak etməyə çağırıb.
Tədbir “Bilim Bakı” mərkəzinin direktoru Yusuf Polatın təqdimatı ilə davam edib. Sonda suallar cavablandırılıb.