Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Region gəncləri üçün Peşə Təhsili və Məşğulluğu üzrə təlim-məsləhət xidmətlərinin təşkili” adlı layihə çərçivəsində Hacıqabul rayon ümumtəhsil məktəbliləri üçün təlimlər həyata keçirilmişdir.
Layihə, birbaşa olaraq 3 ay ərzində, 250 nəfər məktəblini əhatə etmişdir. Layihənin məqsədi sağlam və sosial təcrid olunmuş gəncləri layihəyə cəlb etmək yolu ilə bərabər imkanlar təmin etmək, gənclər arasında peşə təhsili və məşğulluğu üzrə təbliğat, məsləhət xidmətlərnin təşkili, bu sahədə məlumatsızlığın aradan qaldırmasıdır.
Layihə çərçivəsində maarifləndirici nəşrlər çap olunaraq paylanılmışdır. Keçirilən təlimlər “təlimçilər üçün təlim” formatında təşkil olunmuşdur ki, gələcəkdə bu təlimləri uğurla bitirən gənclər digər insanlara da təlim verməsi əsas məqsədlərdəndir. Layihənin benefisiantları Hacıqabul rayonunda yaşayan, yaşı 14-dən 35-dək olan gənc olmuşdur. Şəhər mərkəzində yaşayan gənclərlə yanaşı, kənd və qəsəbələrdə yaşayan gənclər də fəaliyyətlərlə cəlb olunmuşdur.
Layihə çərçivəsində iştirakçılara peşə təhsili ilə bağlı dolğun məlumatlar çatdırılmışdır. Peşə təhsili sahəsi üzrə informasiya elçiləri hazırlanmışdır. İnformasiya elçiləri gələcəkdə müxtəlif vasitələrlə gənclərin mütamadi maarifləndirilməsi ilə məşğul olacaqlar. Bütün layihə iştirakçıları sertifikatla təltif edilmişdir.