Dərc olunub: 16.01.2023

 

Bakı Dövlət Universiteti (BDU) və Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti arasında magistratura pilləsində “Dəniz və enerji hüququ” ixtisaslaşması üzrə beynəlxalq ikili diplom proqramının ilk buraxılışı olub. BDU-nun rektoru Elçin Babayev bu gün ikili diplom proqramının Qazaxıstandan olan məzunu Baiturbay Orynbassara diplomunu təqdim edib  və ona uğurlar arzulayıb. Qeyd edib ki, “Dəniz və enerji hüququ” ixtisaslaşması üzrə beynəlxalq ikili diplom proqramının məzunları dəniz və enerji ölkələri olan Azərbaycan və Qazaxıstanda bu sahələrin inkişafına töhfə verməklə yanaşı, ölkələrimiz arasında dostluq münasibətlərinin daha da dərinləşməsində iştirak edəcəklər.

BDU və Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti arasında magistratura pilləsində “Dəniz və enerji hüququ” ixtisaslaşması üzrə beynəlxalq ikili diplom proqramı 2020-ci ildə imzalanıb. Proqram çərçivəsində 8 nəfər təhsil alıb. Onlardan 6-sı azərbaycanlı, 2-si qazaxıstanlıdır.