Dərc olunub: 23.01.2023

Goranboy rayonunda keçirilən “Qarabağnamə İntellektual Oyunlar Kuboku” layihəsi uğurla  başa çatdı.

Layihəyə Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı reallaşdır 2022” fərdi layihələr üzrə qrant müsabiqəsinin qalibi Göygöl rayon M.Qəhrəmanov adına Göyçəkənd kənd tam orta məktəbinin gənc coğrafiya müəllimi Anar Əliyev rəhbərlik etdi.

Layihənin  ilk günündə komandalar “Nə? Harada? Nə zaman?” oyunu üzrə mübarizə apardılar, turnirin sonunda ilk 3 yeri aşağıdakı komandalar qazanmış oldu:

1-ci yer: “Apokalipsis” (Qızılhacılı qəs. 2) – 30 xal

2-ci yer: “Xarıbülbül” (Borsunlu k.) – 29 xal

3-cü yer: “Zəngəzur” (Fəxralı k.) – 27 xal

2-ci gün komandalar “Breyn Rinq” intellektual oyunu üzrə mübarizə apardılar və yalnız aşağıdakı komandalar öz adlarını mükafatçılar sırasına yazdıra bildilər :

1-ci yer: “Qladiator” (Yeniyol k.)

2-ci yer: “Qayıdış” (Kəhrizli k.)

3-cü yer: “Edelveys” (Tatarlı k.)

Və ən nəhayət “Xəmsə” MİO üzrə mübarizə aparan komandalar son mükafat üçün gərgin mübarizə aparasa da,  yekunda yalnzı aşağıdakı komandalar ilk 3-lüyü özləri üçün təmin etmiş oldu :

1-ci yer: “Xəmsə” (Yığma)

2-ci yer: “Qayıdış” (Kəhrizli k.)

3-cü yer: “Xarıbülbül” (Borsunlu k.)

Layihə Azərbaycan Gənclər Fondunun maliyyə, Goranboy Rayon Gənclər və İdman idarəsinin, Goranboy-Naftalan Təhsil Sektorunun,  Goranboy Rayon Gənclərin İnkişaf və Karyera mərkəzinin texniki və təşkilati dəstəyi ilə həyata keçirildi.

Goranboy-Naftalan təhsil sektoruna daxil olan məktəblər arasında keçirilən layihəd çərçivəsində ümumilikdə 20 komanda və 100-dən çox məktəbli iştirak etdi. 3 gün davam edən layihə boyunca ümumilikdə 600-ə yaxın sual səsləndi. Yekunda qaliblər kubok, medal və diplomarla təltif edilmişlər.

Qalib gələn hər bir şagirdi təbrik edirik !