Fevralın 9-da Akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdləri Azərbaycan Diplomatiya Akademiyasında (ADA) ekskursiyada olublar.
Bu barədə liseydən bildirilib.
ADA universitetinin nümayəndəsi Elşad Göyüşov tərəfindən qarşılanan şagirdlərə ilk öncə universitet barədə qısa məlumat verilib.
Daha sonra şagirdlərə universitetə qəbul qaydaları, fakültələr, xaricdə təhsillə bağlı təqdimat təqdim edilib.
Öz növbəsində şagirdlər nümayəndələrə universitetlə bağlı öz suallarını veriblər. Sonda şagirdlər universitetdə kiçik ekskursiyada olublar.