Fevralın 25-də Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup akademik və inzibati heyət üzvü 26 Fevral – Xocalı Soyqırımı Günü münasibətilə Mingəçevir şəhərində “Soyqırımı” abidə kompleksini ziyarət edib. Kollektivin üzvləri abidə kompleksinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirəsini ehtiramla yad ediblər.
Bu barədə MDU-dan məlumat verilib. Bildirilib ki, universitetin bir qrup nümayəndəsi isə Mingəçevir şəhərində yaşayan Xocalıdan olan məcburi köçkün ailələrinə baş çəkib. MDU əməkdaşları ailə üzvləri ilə görüşdə soyqırımı zamanı həlak olanlara Allahdan rəhmət diləyiblər.
Ailə üzvləri göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Xocalı soyqırımının 31-ci ildönümü MDU-da müxtəlif formatlı tədbirlərlə qeyd edilir.