Dərc olunub: 04.03.2023

Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Azərbaycan Neft-Kimya Prosesləri İnstitutunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya mühəndisliyi ixtisası üzrə IV kurs tələbələri mart ayının 1-dən aprel ayının 23-ü tarixədək elmi-tədqiqat təcrübəsi keçəcəklər.

İnstitutdan Mektebgushesi.az -a  bildirilib ki, tələbələrlə görüşən institutun baş direktoru, akademik Vaqif Abbasov sözügedən müəssisədə aparılan elmi tədqiqat işləri haqqında məlumat verib və onların suallarını cavablandırıb.

Sonra tələbələr elmi-tədqiqat təcrübəsi keçəcəkləri Neft və neft emalı məhsullarının analizi, Korroziya inhibitorları və konservasiya materialları, Maye fazada oksidləşmə və Sintetik yağlar laboratoriyaları ilə tanış olublar.