Dərc olunub: 04.03.2023

 

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən təşkil olunan “Peşəkar ol” layihəsi üzrə sertifikatların təqdimolunma mərasimi keçirilib.

İnstitutdan  bildirilib ki, tədbirdə təlim proqramını uğurla bitirən iştirakçılara sertifikatlar verilib.

Qeyd edək ki, “Peşəkar ol” layihəsinin əsas məqsədi pedaqoji fakültələrdə təhsil alan tələbələrdə müəllim peşəsinə maraq və motivasiya yaratmaq, yeniliyə açıq və multifunksional təhsil işçiləri formalaşdırmaqda universitetlərə dəstək verməkdir.