Dərc olunub: 04.03.2023

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbinin VI sinif şagirdi Aqil Məmmədov Vətən Müharibəsi Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı Hikmət Mirzəyev haqqında hazırladığı təqdimatı izləməsi üçün Ona məktub ünvanlayaraq məktəbə dəvət edib.

Məktəbdə şagirdlərin vətənpərvərlik ruhunda yetişməsi bir çox tədbirlər və layihələr həyata keçirilmişdir. Bu yöndə artıq ənənə halını almış, silsilə tədbirlərdən biri də məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Şəfaqət Sədiyevanın “Qəhrəmanlarımızı unutmuruq və unutdurmuruq” layihəsidir. Layihə çərçivəsində şagirdlərimiz Vətənimizin, torpaqlarımızın bütövlüyü uğunda qəhrəmanlıq göstərən oğullarımız haqqında ətraflı məlumat toplayır, təqdimatını hazırlayırlar.

Öz təqdimatını Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən müharibəsi qəhrəmanı, general-leytenant Hikmət Mirzəyevə həsr etmiş VI sinif şagirdi Məmmədov Aqil qəhrəmana məktub ünvanlayaraq onu məktəbimizə dəvət etmişdir. Şadirdimizin dəvətini sevinclə qəbul edən komandan iki Xüsusi Təyinatlı Zabiti Aqillə və onun sinif yoldaşları ilə görüşə göndərmişdir. Qəhrəman döyüşçülərimizlə görüş kollektivimizə, şagirdlərimizə böyük sevinc, qürur, fəxr hissi yaşatmışdır. Görüşdə çıxış edən döyüşçülərimiz şagirdlərə gələcək həyatlarında, təhsillərində uğurlar arzulamış, onlar üçün gətirdikləri hədiyyələri təqdim etmişlər. Şagirdimiz Aqil təşəkkür edərək, Hikmət Mirzəyevin çəkdiyi portretini ona çatdırmaları üçün zabitlərə təqdim etmişdir.

Gələcəyimiz olan məktəblilərə göstərdiyi diqqət və qayğı, dəvətlərini cavabsız qoymayaraq onların gözlərindəki sevincə səbəb olan Cənab Hikmət Mirzəyevə, məktəbimiz, kollektivimiz və şagirdlərimiz adından təşəkkür edirik.

Yaşasın Rəşadətli Azərbaycan Ordusu!