Mektebgushesi

Nadir Israfilov: Müəllim icmal adlandırılan gündəlik dərs planı yazmağa borcludurmu…?

Gəncdirsə, təcrübəsizdirsə, özünə güvəni yoxdursa yaza bilər. Lakin təhsilə dair heç bir rəsmi normativ sənəddə müəllimin gündəlik dərsin planlaşdırılmasına dair gündəlik yazmağa borclu olduğuna dair hər hansı bir qeyd yoxdur. Bununla belə dərsin qabaqcadan planlaşdırılmasının təcrübəli müəllimə belə ziyanı yoxdur. İstənilən müəllim əgər istəyirsə, onun dərsi daha səmərəli və keyfiyyətli olsun, dərsin məzmunu və strukturu […]

ADU-da 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

Martın 7-də Azərbaycan Dillər Universitetində (ADU) 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib. Universitetin rektoru akademik, Xalq yazıçısı Kamal Abdulla xanımları bayram münasibətilə təbrik edərək onlara uzun ömür və cansağlığı arzulayıb. Rektor bildirib ki, Azərbaycan qadınına gənc, üzügülər yaşamaq yaraşır: “İnanıram ki, bizim müəllimlərimiz, tələbə, magistr və doktorantlarımız universitetimizin adını həmişə olduğu kimi […]

“Qadın həmrəyliyi hər yerdə” adlı voleybol yarışı keçirilib

8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə “Qadın həmrəyliyi hər yerdə” adlı voleybol yarışı keçirilib. Voleybol yarışı 220 nömrəli məktəb-liseyin və 56 nömrəli tam orta məktəbin qadın müəllimləri arasında təşkil olunub. Bakı şəhəri 56 nömrəli tam orta məktəbin idman zalında keçirilən yarışda hər komandadan 6 əsas və 2 əvəzedici oyunçu iştirak edib. Komandaların kapitanları ümumi təhsil müəssisələrinin rəhbərləri […]

BDU tələbələri Coğrafiya İnstitutunda istehsalat təcrübəsində

  Bakı Dövlət Universitetinin (BDU) 55 tələbəsi Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda istehsalat təcrübəsi keçir. Məqsəd tələbələrin əldə etdikləri biliklərin təcrübi olaraq təkmilləşdirilməsi, onlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri praktiki vərdişlərin formalaşdırılmasıdır. İnstitutun elmi katibi, coğrafiya üzrə fəlsəfə doktoru Zərnurə Həmidova elm müəssisəsinin yaranma tarixi, elmi-tədqiqat sahələri, korifey alimləri, […]

AzMİU-da 8 MART… – Ana sevinəndə allah sevinir! – Tədbirdən reportaj+ FOTOLAR

 Təqvim 6 Mart 2023-cü ili göstərir. Bu tarix ona görə önəmlidir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə aylardır,  hazırlaşılan ümdə tədbir məhz bu gündə baş tutdu. Əlbəttə, dəvətlilər içərisində mən də vardım. Belə bir tədbirin ərsəyə gələcəyi xəbərini alan kimi ağlımdan keçən ilk fikir bu oldu: möhtəşəm olacaq, zövq […]

8 Mart Beynəlxalq Qadınlar Günü LDU-da qeyd edilib

  Lənkəran Dövlət Universitetində (LDU) 8 Mart –Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib. LDU-nun rektoru, professor Natiq İbrahimovun universitetin xanım əməkdaşlarına bayram  təbrikini  Elmi katib Allahşükür Quliyev təqdim edib. Təbrik mətnində 8 Mart Beynəlxalq Qadınlar Bayramının tarixinə ekskursiya edilib, Azərbaycan qadınının ölkənin ictimai-siyası həyatında artan rolundan söz açılıb, Lənkəran Dövlət Universitetinin əldə etdiyi uğurlarda […]

AzTU-da 8 mart – Beynəlxalq Qadınlar Günü qeyd olunub

Azərbaycan Texniki Universitetində (AzTU) 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə AzTU-nun xanım əməkdaşları, əlaçı tələbələri və müəllimləri iştirak edib. Mektebgushesi.az xəbər verir ki, Rektor Vilayət Vəliyev xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Bildirib ki, bu gün Azərbaycan qadını öz ağlı, savadı, biliyi, istedadı ilə bütün sahələrin inkişafına töhfə verir. AzTU-nun […]

Gömrük Akademiyası Erasmus+ ECAR layihəsinin İsveç təlim səfərində təmsil olunub

Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) tərəfdaş olduğu “Azərbaycan Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində İsveç Krallığının Stokholm şəhərində 27 fevral – 3 mart 2023-cü il tarixlərində keçirilən növbəti təlim proqramında təmsil olunub. Təlimlərdə layihə konsorsiumunun üzvü olan Azərbaycanın 16 ali təhsil müəssisəsindən 32 nəfər nümayəndənin iştirak etdiyi təlimdə Dövlət Gömrük Komitəsinin Akademiyasının Elmi işlər üzrə rəis müavini Cəmilə Namazova da […]

ADPU rektoru yüksək nailiyyətli xanım tələbələri qəbul etdi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə martın 7-də Universitetdə ötən semestrin imtahan sessiyasında fakültələr üzrə ən yüksək nəticə göstərmiş 10 xanım tələbəni qəbul edib. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, görüşdə tələbələri təbrik edən rektor vurğulayıb ki, Pedaqoji Universitetin tələbələrinin böyük hissəsini xanım tələbələr təşkil edir və […]

UNEC-in hazırladığı “Qeyri-akademik transkript” layihəsi təhsil mütəxəssislərinə təqdim olundu

UNEC-in hazırladığı “Qeyri-akademik transkript” layihəsi ölkənin tanınmış təhsil mütəxəssislərinə təqdim olundu. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, rektor professor Ədalət Muradov regionda ilk dəfə olaraq, UNEC-də tələbələrin bacarıqlarının qiymətləndirilməsi məqsədilə “Qeyri-akademik transkript” layihəsinə start verildiyini bildirib. UNEC-də yeni standartlar hazırlanan zaman məcburi fənlər qrupuna 3 fənnin – yumşaq və sərt bacarıqlar, karyera planlaması fənlərinin əlavə edildiyini diqqətə […]

Şəki filialında pedaqoji təcrübə uğurla davam edir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının buraxılış kurslarının pedaqoji təcrübələri uğurla davam edir. Fevral ayının 16-dan başlayaraq  Şəkinin təhsil müəssisələrində  təcrübədə olan tələbələr təhsil illərində əldə etdikləri bilik və bacarıqlardan faydalanmaqla sınaq dərsləri aparır, müxtəlif tədbirlər təşkil edir və təlim-tədris prosesi ilə bağlı məsələləri həvəslə öyrənirlər. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, filialın Təbiət fənləri və […]

BDU-da tədbir: “Narkomaniya – “ağ ölüm””

Bakı Dövlət Universitetinin (BDU) Kimya, Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin birgə təşkilatçılığı ilə “Narkomaniya-“ağ ölüm”” adlı tədbir keçirilib. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov ölkədə sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlərdən, narkomaniya ilə mübarizə sahəsində görülən işlərdən söz açıb. Vurğulayıb ki, cəmiyyətin hər bir üzvü bu məsələdə öz məsuliyyətini dərk […]

BDU-da “Bəşəriyyət qadınla yüksələcək” adlı açıq forum keçirilib

  Bakı Dövlət Universitetində (BDU) 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Bəşəriyyət qadınla yüksələcək” adlı açıq forum keçirilib. “BDU könüllüləri”nin təşkilatçılığı ilə keçirilən forumda Milli Məclisin deputatları – BDU-nun Genetika kafedrasının müdiri Kamilə Əliyeva, Səbinə Xasayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, marketoloq Həvva Səfərova və […]

Azərbaycanda elmi işçilərin 59,2 faizi qadınlardır

Azərbaycanda elmi işçilərin 59,2 faizi qadınlardır. Bu barədə  Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, qadınların elmin inkişafında da müstəsna rolu vardır. Elmi işçilərin 59,2 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,2 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,1 dəfə artmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının […]

Naxçıvanda orta məktəbdə bədbəxt hadisə baş verib

Naxçıvan şəhərində 5 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib. APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu gün səhər saatlarında məktəbin yuxarı mərtəbəsində qırılan pəncərə şüşəsi binanın önünə toplaşan şagirdlərin üstünə tökülüb. Hadisə nəticəsində, məktəbin şagirdləri – 2014-cü il təvəllüdlü Gülər Mikayılova və bacısı 2007-ci il təvəllüdlü Aytac Mikayılova xəsarət alıblar. Onlar Naxçıvan Muxtar […]