Qərbi Azərbaycan əyalətinin Sənəndəc şəhərində bir neçə məktəbə kimyəvi hücum edilib.
Mektebgushesi.az xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat paylaşıb.
Qeyd olunub ki, xüsusilə, Duşan qəsəbə ibtidai məktəbi və Şahed məktəbində şagirdlər zəhərləniblər.
“İranda bu günədək 5000 şagird zəhərlənib. İran parlamentinin məktəblilərin zəhərlənməsinin səbəbini tapmaqla bağlı yaratdığı faktaraşdırıcı qrupunun üzvü Asefəri bildirib ki, bu günə kimi 330 məktəbdə 5 000 şagird zəhərlənib”, – deyə mənbənin məlumatında bildirilib.