Parlament media məhsullarının təqdim edilməsinin ƏDV-dən azad edilməsi layihəsini qəbul edib

Milli Məclis media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsinin ƏDV-dən azad edilməsini qəbul edib. Mektebgushesi.az xəbər verir ki, Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihənin qeyd hissəsində əsaslandırılıb ki, “Media haqqında” qanunun 4-cü maddəsində medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırması nəzərdə tutulur. Həmin qanuna […]
Hesablama Palatası BMU tələbələri üçün “Dövlət sektorunda audit” mövzusunda təlimlərə start verib

Hesablama Palatası ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində Bakı Mühəndislik Universitetində (BMU) “Dövlət sektorunda audit” mövzusunda təlim proqramına start verib. Bu münasibətlə təşkil olunan tədbirdə çıxış edən BMU-nun Tədris işləri üzrə prorektoru, professor Həmzağa Orucov işəgötürən və ali təhsil müəssisələri arasında qurulan səmərəli əməkdaşlığın üstünlükləri, bu əlaqələr çərçivəsində təhsilalanlar üçün yaradılan iş imkanlarından danışıb. Dövlət […]
Elm Fondu 300 min manatlıq Əsas Qrant Müsabiqəsi elan edir

Görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar 2023-cü il üzrə Əsas Qrant Müsabiqəsi elan edilib. 300000 manatadək maliyyə həcmli layihələr qəbul edilir. Mektebgushesi.az xəbər verir ki, Əsas Qrant Müsabiqəsini Azərbaycan Elm Fondu 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar olaraq keçirir. “Əsas Qrant Müsabiqəsi – 2023”ün proqramı qabaqcıl texnologiyaların, kəşflərin sayını […]
BŞTİ müdiri müəllimlərini təbrik edib – FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva 8 Mart–Beynəlxalq Qadınlar Günü münasibətilə öz müəllimləri ilə görüşüb. İlk olaraq səhhəti ilə bağlı müalicə alan təqaüdçü müəllim Nəcibə Quluzadə ilə evində görüşən Mehriban Vəliyeva müəllimini bayram münasibətilə təbrik edib, ona cansağlığı arzulayıb. Daha sonra Mehriban Vəliyeva təhsil aldığı 158 nömrəli tam orta məktəbdə təqaüddə olan […]
ADU-da professor Dilarə Seyidzadə ilə görüş keçirilib

Martın 6-da Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illiyi – “Heydər Əliyev İli” çərçivəsində tarix elmləri doktoru, professor Dilarə Seyidzadə ilə görüş keçirilib. Görüşdə ADU-nun professor, müəllim, tələbə heyəti iştirak edib. ADU-nun rektoru, akademik Kamal Abdulla qonağı salamlayıb, görüşün əhəmiyyətdən danışıb. Qeyd olunub ki, Dilarə Seyidzadə uzun illər […]
Psixoloqla görüş: Zərif qadınlar – FOTO

Martın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tələbə Gənclər Təşkilatı (ADPU TGT) nəzdində fəaliyyət göstərən Psixologiya klubu və Cinema klubunun birgə təşkilatçılığı ilə “Zərif qadınlar” mövzusunda görüş keçirilib. Mektebgushesi.az xəbər verir ki, görüşün qonağı psixoloq-təlimçi Çinarə Kazımzadə tələbələrə travmalar, qorxular, özünə inamsızlıq kimi məsələlərdən bəhs etmiş, onların yaranması səbəblərini qeyd edərək, həll yollarından danışmış, öz […]
DİM martın 9-da GRE imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi martın 9-da GRE imtahanı keçirəcək. Mektebgushesi.az xəbər verir ki, TS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) kompüter əsaslı növbəti GRE: General Test imtahanı 2023-cü il martın 9-da Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq. İmtahanda iştirak edəcək şəxslər saat 08:15-dən gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi […]
ADPU -nun Kimya və biologiya fakültəsində tələbə təqaüdləri müzakirə olunub

Martın 6-da Azərbaycan Dövlət Pedaqpji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin Elmi Şurasının iclası keçrilib. İclasda fakültə rəhbərliyi, kafedra müdirləri, fakültə Elmi Şurasının üzvləri iştirak ediblər. İclası açan fakültənin dekanı dosent Reyhan Ağayeva əvvəlcə 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyasının nəticələri haqqında məlumat verib. Daha sonra dekan müavini dos. Kərim Quliyev 2022/2023-cü […]
Rəqəmsal SAT imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzində rəqəmsal SAT imtahanı keçiriləcək. Mektebgushesi.az xəbər verir ki, rəqəmsal SAT imtahanı 2023-cü il martın 11-də Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. İmtahanda iştirak edəcək şəxslər saat 07:15-dən gec olmayaraq tələb olunan aşağıdakı sənəd və vasitələrlə birlikdə imtahan binasında olmalıdırlar: 1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya […]
Ceyhun Məmmədov: Azərbaycan qadınına diqqət hər zaman yüksək olub

8 Mart – Beynəlxalq Qadınlar Günü bütün dünyada olduğu kimi ölkəmizdə də rəsmi bayram günü kimi qeyd olunur. Azərbaycan qadını milli dövlət quruculuğu işinin fəal iştirakçıları kimi daim ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi,mədəni həyatında, elmi potensialının artırılması istiqamətində və dövlətin idarə olunmasında öhdələrinə düşən vəzifələri şərəflə yerinə yetirmişdir. Ölkəmizin xanımları öz iradəsi və mərdliyi, saflığı və […]
DİM – in Abituriyent Məsləhət Mərkəzləri fəaliyyət göstərir

Hər il olduğu kimi bu il də Abituriyent Məsləhət Mərkəzləri fəaliyyət göstərir. Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verən abituriyentlər martın 15-dək “Abituriyentin elektron ərizəsi”nin doldurulması və təsdiqi üçün ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. Məsləhət mərkəzləri Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, […]
İki məktəbli itkin düşüb

Sumqayıtda 13 yaşlı qız, Bakıda 15 yaşlı məktəbli oğlan itkin düşüb. APA xəbər verir ki, şəhər sakini, 2010-cu il təvəllüdlü Nabat Rüstəmova yaşadığı evdən çıxıb geri qayırmayıb. Bundan başqa, Bakının Xətai rayonu sakini, 2008-ci il təvəllüdlü Urfan Məmmədov da evdən çıxaraq geri qayıtmayaraq itkin düşüb. Hər iki faktla bağlı araşdırma aparılır.
ADA Universitetinin 17 illik yubileyi qeyd olunub

ADA Universitetinin yaranmasının 17-ci ildönümüdür. Mektebgushesi.az xəbər verir ki, universitet ad gününü Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət xüsusi konsert proqramı ilə qeyd edib. Tədbiri giriş sözü ilə açan ADA Universitetinin prorektoru Fariz İsmayılzadə universitetin 17 il ərzində əldə etdiyi bütün nailiyyətləri vurğulayıb. Hər kəsi təbrik edən ADA Universitetinin rektoru Hafiz Paşayev universitetin gələcək üçün çoxlu planlarının […]
Martın 5-də şəhid olan baş leytenant tanınmış müəllimin yeganə övladı olub

Martın 5-də Qarabağdakı erməni separatçı-terrorçularının törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun baş leytenantı Şəhriyar Ramiz oğlu Əlibəyli müəllim övladı idi. 29 yaşlı şəhid Bakıda fəaliyyət göstərən, biologiya və kimya fənləri üzrə abituriyent hazırlığı ilə məşğul olan təcrübəli müəllim Sahilə Əliyevanın yeganə övladı idi. Qeyd edək ki, Əlibəylilər ailəsi əslən Qəbələ rayonunun Vəndam qəsəbəsindəndir, elə Şəhriyar da orada […]
Konya Qida və Kənd Təsərrüfatı Universitetinin nümayəndə heyəti ADAU-da – FOTO

Türkiyənin Konya şəhərində yerləşən Konya Qida və Kənd Təsərrüfatı Universitetinin nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) səfərdədir. Qonaqlarla görüşən Universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov ADAU-nun beynəlxalq əlaqələri, maddi-texniki bazası və ikili diplom proqramları haqqında ətraflı məlumat verib. Görüşdə müxtəlif ixtisaslar üzrə kadr hazırlığı, birgə elmi tədqiqatların aparılması, konfrans və seminarların təşkili kimi […]