Dərc olunub: 29.07.2023

Bakıda 15 yaşlı qız itkin düşüb. 

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Rayon sakini, 2008-ci il təvəllüdlü Atlas Mustafayeva iyulun 26-da yaşadığı evdən çıxıb gedib və bir daha geri qayıtmayıb.

Onun itkin düşməsi barədə yaxınları polisə məlumat veriblər.

Hazırda yeniyetmə qızın tapılması istiqamətində axtarışlar davam etdirilir.