Mektebgushesi

ADNSU-nun rəhbərliyi məzun şəhidlərimizin ailələrini ziyarət edib

  Avqustun 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunlarımızın ailələrini ziyarət edib. Vətən uğrunda canlarından keçmiş ADNSU-nun bir neçə şəhid məzununun ailəsində olan dosent Vazeh Əskərov onların valideynləri ilə səmimi söhbət edib. Bildirib ki, universitet müntəzəm olaraq ADNSU-nun qəhrəman məzunlarının ailələri […]

Peşə təhsili almaq üçün müraciət edənlərin sayı 19 mini ötüb

Peşə məktəblərinə tələbə qəbulu üzrə müraciət edənlərin sayı açıqlanıb. Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, portal.edu.az platforması vasitəsilə iyulun 28-dən avqustun 9-dək 19 min 5 nəfərdən 58 min 695 müraciət daxil olub. Xatırladaq ki, peşə təhsili almaq istəyən şəxslər avqustun 11-i saat 23:59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. […]

Bağçalarda qalan boş yerlərin sayı açıqlanıb

Məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı onlayn növbəyaratma prosesi sentyabrın 1-dək davam edəcək. Bu barədə Mektebgushesi.az -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ölkə üzrə 1658 məktəbəqədər təhsil müəssisəsində 55 min 382 boş yer mövcuddur. Məktəbəqədər təhsil müəssisələrinə 46 min 894 nəfər yeni qeydiyyat üçün müraciət edib. Onlardan 1868 nəfəri prioritetli – güzəşt olan […]

2023/2024-cü tədris ilində BDU-da bakalavriatura səviyyəsinə qəbul planı artıb 

Bakı Dövlət Universitetində (BDU) 2023/2024-cü tədris ilində bakalavriatura səviyyəsinə 5660 plan yeri ayrılıb. Onlardan 4390 yer Azərbaycan, 765 yer rus, 505 yer isə ingilis bölməsi üzrədir. Ötən il bu rəqəm 5351 yer olub. Qeyd edək ki, BDU-nun bakalavriaturasında 16 fakültədə 75 ixtisas üzrə mütəxəssis hazırlığı həyata keçirilir.  2023/2024-cü tədris ilində BDU-da bakalavritura səviyyəsi üzrə 3 […]

BMU tələbəsi magistratura təhislini Böyük Britaniyada davam etdirəcək

Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsinin Kimya mühəndisliyi ixtisasının (tədris ingilis dilində) məzunu Könül İbrahimova magistratura səviyyəsi üzrə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı seçilib. BMU məzunu magistr təhsilinə Böyük Britaniyanın Nyukasl Universitetində “Sustainable chemical engineering” istiqaməti üzrə davam edəcək. 2018-2019-cu tədris ilində […]

BDU-da yay semestri üzrə dərslər davam edir

Bakı Dövlət Universitetində (BDU) Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən, yay semestri təşkil olunub. Yay semestri 2022/2023-cü tədris ilində bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbə və magistrantların fənlər üzrə akademik borclarının ləğv edilməsi […]

Direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək və direktor vəzifəsi hazırda vakant olan 331 nömrəli ümumi orta məktəbə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilir. İşə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 48 namizəd müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. Qeyd edək ki, müsahibə […]

Valideynlər paytaxt üzrə məktəbli formalarını 18 məntəqədən əldə edə bilərlər -SİYAHI

Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərara əsasən məktəblər tərəfindən 4 rəngdə geyim formasından birinin seçilməsi nəzərdə tutulur. Ötən tədris ilində hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası valideynlərin də rəyini nəzərə alaraq bununla bağlı müvafiq qərar qəbul edib. Valideynlər övladlarının təhsil aldığı məktəb […]

AzTU-nun baş müəllimi vəfat edib – FOTO

Azərbaycan Texniki Universitetinin (AzTU) Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasının baş müəllimi Cavanşir Qasımov 73 yaşında vəfat edib. Bu barədə AzTU-dan məlumat verilib. Cavanşir Qasımov 2003-ci ildən AzTU-da baş müəllim vəzifəsində çalışıb. O, çoxsaylı elmi məqalə, metodik vəsait, dərs vəsaiti və fənn proqramının müəllifi olub.    

Ümumi orta təhsil bazasında kolleclərə qəbul planı 99.52 faiz dolub

  Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, 9 illik təhsil bazasında kolleclərə (dövlət ödənişsiz) Azərbaycan bölməsi üzrə 4409, rus bölməsi üzrə 164 nəfər olmaqla cəmi 4573 nəfər qəbul olub. Qəbul planı 4595 yer olub. Dövlət hesabına orta ixtisas […]

Gənclər Təşkilatları beynəlxalq əlaqələr və təmsilçilik imkanlarının genişləndirilməsi məqsədi ilə bir araya gəliblər

Şamaxı rayonunda NAYORA tərəfindən elan edilən “Beynəlxalq fəaliyyətlər ayı” çərçivəsində 45 gənclər təşkilatının rəhbər və nümayəndəsinin iştirakı ilə 3 gün boyunca davam edən “Gənclər Təşkilatları: dayanıqlı beynəlxalq əlaqələr və effektiv təmsilçilik” layihəsi yekunlaşıb Proqrama uyğun olaraq NAYORA-nın sədri Azər Əliyevin nitqi ilə açılış mərasimi başlamış, iştirakçıların şəbəkələşməsi üçün komanda quruculuğu oyunları ilə gün davam etmişdir. […]

ADPU məzunları beynəlxalq təqaüd proqramlarının qalibi olublar

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universiteti arasındakı beynəlxalq ikili diplom magistr proqramının məzunu Şəms Səfərəliyeva “Erasmus Mundus” proqramı çərçivəsində “Ali təhsildə innovasiya və tədqiqat” sahəsində magistratura təhsili alacaq. ADPU-dan  bildirilib ki, 2 illik proqram müddətində Ş.Səfərəliyeva Avstriya, Finlandiya, Almaniya, Çin və Hindistanın ali təhsil sistemlərini tədqiq edəcək. Universitetin “SABAH magistratura” proqramının […]

ADNSU-nun məzunu kvars aerogellərin alınması istiqamətində tədqiqat aparır -FOTO

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunu Kristina Qoryunova 2023-2024-cü tədris ilində Azərbaycan-Fransız Universitetinin (UFAZ) Fiziki kimya və kimya mühəndisliyi ixtisası üzrə magistratura pilləsində təhsil alacaq. O, hazırda həmin ixtisas üzrə elmi-tədqiqat aparır. Bu barədə ADNSU-dan məlumat verilib. Bildirilib ki, ADNSU-nun məzunu K.Qoryunova bu il universitetin kimya mühəndisliyi ixtisası üzrə bakalavr pilləsində təhsilini uğurla […]

DİM kolleclərə qəbulun nəticələrini “Abituriyent” jurnalının xüsusi buraxılışında nəşr edib

  Dövlət imtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrini “Abituriyent” jurnalının xüsusi buraxılışında nəşr edib. DİM-dən Mektebgushesi.az -a bildirilib ki, jurnalın bu nömrəsində ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin siyahısı, qəbul olduqları ixtisasların kodları, ixtisaslar üzrə formalaşmış keçid balları […]

NASA alimləri: Təhlükəli asteroid Yerə yaxınlaşır

Diametri 1 km-ə qədər olan potensial təhlükəli asteroid 6037 (1988 EG) avqustun 23-də Yerdən təxminən 6 milyon km uzaqlıqdan keçəcək. Bu barədə avqustun 8-də NASA-nın Yerə Yaxın Obyektlərin Tədqiqi Mərkəzinin mətbuat xidmətindən məlumat verilib. Obyekt UTC vaxtı ilə 08:18-də (Bakı vaxtı ilə 12:18) planetə mümkün qədər yaxınlaşacaq. Asteroidin diametri 430-960 metr, sürəti isə saniyədə 14,25 […]