Dərc olunub: 09.08.2023

 

Avqustun 14-də Təhsil İnstitutunun şöbə müdiri Mənsur Məhərrəmovun moderatorluğu ilə “Biologiya fənninin məzmununa dair yeniliklər” adlı vebinar keçiriləcək.

Təhsil İnstitutundan bildirilib ki, vebinarda spiker qismində biologiya kurikulumunun təkmilləşdirilməsi üzrə işçi qrupun üzvləri Rəşad Səlimov və Elşad Yunusov çıxış edəcəklər.

Vebinar institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.