Dərc olunub: 09.08.2023

2023-2024-cü tədris ilindən özəl ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul da mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq.

Bu barədə Mektebgushesi.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, avqustun 9-da saat 11:00-dan 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir.

Qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.