Bu ildən özəl məktəblərdə də qəbul elektron sistemlə aparılacaq

2023-2024-cü tədris ilindən özəl ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul da mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq. Bu barədə Mektebgushesi.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd edək ki, avqustun 9-da saat 11:00-dan 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir. Qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.
MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir

Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlər üçün müsahibə mərhələsinə start verilir. Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən Mektebgushesi.az -a bildirilib ki, müsahibə mərhələsinə 5660 namizəd dəvət olunub. Avqustun 18-dək davam edəcək müsahibələrdə namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müvafiq komissiya tərəfindən yoxlanılacaq. Müsahibə mərhələsində uğur qazanmış namizədlər […]
Məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başlanır

Bu gün saat 11:00-da 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başlanır. Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildirilib ki, proses mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək. Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi avqustun 11-i saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə avqustun 15-i saat […]
“Biologiya fənninin məzmununa dair yeniliklər” – vebinar

Avqustun 14-də Təhsil İnstitutunun şöbə müdiri Mənsur Məhərrəmovun moderatorluğu ilə “Biologiya fənninin məzmununa dair yeniliklər” adlı vebinar keçiriləcək. Təhsil İnstitutundan bildirilib ki, vebinarda spiker qismində biologiya kurikulumunun təkmilləşdirilməsi üzrə işçi qrupun üzvləri Rəşad Səlimov və Elşad Yunusov çıxış edəcəklər. Vebinar institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.
İstanbulda BDU-nun da həmtəşkilatçı olduğu ICESCO-nun Peyk Modeli Təlimi və Aerokosmos Simpoziumu başa çatıb

Bakı Dövlət Universitetinin (BDU) həmtəşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində İslam Dünyası, Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən keçirilən Peyk Modeli Təlimi və Aerokosmos Simpoziumu (Model Satellite (CanSat) Training Workshop & Aerospace Symposium) başa çatıb. 31 iyul – 5 avqust tarixlərini əhatə edən simpoziumda 20 ölkədən (Türkiyə, Azərbaycan, Nigeriya, Bruney, İran, Qambiya, Malayziya, Seneqal, Kamerun, […]
Nazirlik: 554 şagird informatika təmayüllü siniflərdə təhsil alacaq

2023-2024-cü tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika təmayüllü 10-cu siniflərdə təhsil almaq istəyən 9-cu sinif şagirdləri üçün imtahan keçirilib. Elm və Təhsil Nazirliyindən bildirilib ki, 554 şagird imtahanda uğurlu nəticə göstərib. Növbəti tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika təmayüllü 10-cu siniflərin sayının artırılması və 40 məktəbdə həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, 2021-2022-ci tədris […]
DİM rəhbəri üçüncü “Yüksəliş” müsabiqəsinin eksperti və bir qrup finalçıları ilə görüşüb

Avqustun 8-də Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə üçüncü “Yüksəliş” müsabiqəsinin eksperti və bir qrup finalçıları ilə görüşüb. Mərkəzdən bildirilib ki, görüş “Yüksəliş” müsabiqəsinin iştirakçıları və Mərkəz arasında təcrübə mübadiləsi aparmaq, faydalı mövzularda təlimlər təşkil etmək və sosial layihələr həyata keçirmək məqsədilə təşkil olunub. Görüşdə DİM-in müsabiqə zamanı iştirakçıların bilik və […]