Dərc olunub: 15.08.2023

“İdarəetmə təcrübəsi olmayan, sadəcə savadlı müəllimlərin məktəb direktoru olması doğru deyil”.

Mektebgushesi.az xəbər verir ki, bu sözləri təhsil eksperti Elşən Qafarov sosial şəbəkədəki hesabında məktəb direktorlarının seçilməsindən danışarkən deyib.

O qeyd edib ki, məktəb direktoru olmaq istəyən namizədlər ən azı 2 və ya 3 il direktor müavini olaraq işləməlidirlər:

“Bu, çox vacibdir. Digər vacib nüanslardan biri də həmin şəxslərin psixoloji durumunun yerində olub-olmamasını öyrənməkdir.

Çünki bu, aparıcı bir sahədir. Psixoloji durumu yerində olmayan insanlar üzərlərinə bu qədər böyük məsuliyyət götürə bilməzlər”.

“Məktəblərdə yüzlərlə şagird, onlarla müəllim var. Onların valideynlərini də nəzərə alsaq, görərik ki, məktəb direktorlarının təsir etmə əhatəsi 50 min nəfərə- icmanın nümayəndələri, valideynlər, həmin ailəni əhatə edən insanlar – çatır. Bu səbəbdən direktorluq çox məsuliyyətli və ciddi bir vəzifədir. İdarəetmə təcrübəsi olmayan, sadəcə savadlı müəllimlərin sözügüdən vəzifəyə gəlməsi doğru deyil”.

https://www.facebook.com/elsan.qafarov.96/videos/9883968781645535