ADMİU və TÜRKSOY arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Oktyabrın 16-da TÜRKSOY-un Baş katibi Sultan Raev və rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olub.
Mektebgushesı.az xəbər verir ki, əvvəlcə qonaqlar universitetin binası ilə tanış olublar. ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonaqlara universitetin fəaliyyəti, tədris proqramı və beynəlxalq əlaqələri barədə məlumat verib.
Görüş çərçivəsində ADMİU-da TÜRKSOY otağının açılışı olub və iki qurum arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.