Dərc olunub: 01.12.2023

 

Lənkəran Dövlət Universitetinin professor-müəllim heyəti rektor, prof. Natiq İbrahimov başda olmaqla Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara Regional filialının birgə əməkdaşlığı ilə  “Beynəlxalq əlilliyi olan şəxslər günü” münasibəti ilə keçirilən “Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət satış sərgisi” nə baxış keçirib,  burada nümayiş edilən əl işlərini satın almaqla cəmiyyətin həssas təbəqəsindən olan yaradıcı insanlara maddi və mənəvi dəstək olublar.

Qeyd edək ki, sərgidə Lənkəranla yanaşı  Astara, Yardımlı, Cəlilabad, Masallı, Lerik rayonlarından  sağlamlıq imkanları məhdud uşaq, yeniyetmə və əlilliyi olan şəxslərin (gənclər) əl işləri satışa çıxarılıb.