Dərc olunub: 04.12.2023

2023-cü ilin oktyabr ayında Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation tərəfindən elan edilən Gənclər Təşkilatları üçün 17-ci Qrant Müsabiqəsində “Gənc müəllimlər dilimizin keşiyində” layihəsi qalib olmuşdur.

Mektebgushesi.az xəbər verir ki, layihə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı, Gənc Azərbaycan Dili və Ədəbiyyatı Müəllimləri Birliyinin tərəfdaşlığı və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçiriləcəkdir.

Layihənin əsas məqsədi, Azərbaycan dilinin saflığının qorunmasına dəstək olmaq üçün gənc müəllimlər arasında natiqlik, ünsiyyət təlimləri, rubrika və debat turniri təşkil etməkdir.

Layihədə iştirak etmək istəyən müəllimlər müvafiq linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat linki: https://forms.gle/enXuya6ppv1iQyVv5

Son qeydiyyat tarixi: 14 dekabr 2023-cü il.

Qeyd olan regionlarda 3 saat olmaqla 3 təlim keçiriləcəkdir.