Dərc olunub: 04.12.2023

Azərbycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) tələbə yataqxanası yenidən bərpa olunur.

Mektebgushesi.az xəbər verir ki, bunu AZMİU-nun rektoru Gülçöhrə Məmmədova “F-Holding”in təşkilatçılığı ilə ispan memarlarının universitetə səfəri zamanı təşkil olunan tədbirdə məlumat verib.

O bildirib ki, Azərbaycan əraziləri işğal olunanda yurdlarından didərgin düşən vətəndaşlar universitetin yataqxanasında məskunlaşmışdılar: “Artıq torpaqlarımız işğaldan azad olunub. Vətəndaşlar doğma yurdlarına geri qayıdır. Tələbələr üçün universitetin yataqxanası yenidən bərpa olunur”.

Rektor qeyd edib ki, 30 il müddətində dağıdılan şəhərlərimiz yenidən bərpa olunur: “Biz də çalışırıq ki, təhsilimizi yüksək səviyyədə quraraq məzunlarımızın memarlığın ən qabaqcıl təcrübəsinə uyğun şəkildə həmin ərazilərdə bərpa – quruculuq işlərində fəaliyyət göstərməsinə dəstək olaq”.