Tədbirdə UFAZ-da təhsilin keyfiyyəti, təklif olunan magistratura proqramlarının üstünlüklərindən danışılıb və təklif olunan ikili diplom verən hər bir proqram haqqında ətraflı məlumat verilib, gənclər üçün müxtəlif təhsil imkanlarının yaradılmasından bəhs olunub. İnfosessiyada tələbələrin magistr proqrmları ilə bağlı sualları cavablandırılıb.
Qeyd edək ki, cari ildə UFAZ-da magistratura pilləsində Fiziki Kimya/Kimya Mühəndisliyi, Data Elmi və Süni İntellekt, Yer Elmləri, Su Ehtiyatlarının İdarəedilməsi ixtisasları üzrə qəbul həyata keçiriləcək.



