Lənkəran Dövlət Universiteti(LDU) ilə Afyon Kocatəpə Universiteti arasında Erasmus+ KA171 layihəsi çərçivəsində bağlanmış müqaviləyə əsasən LDU-nun Baytarlıq təbabəti ixtisasının 4-cü kursunda təhsil alan Şəndil İsmayılova, İsa Hüseynzadə, Sadiq Pənahlı və Pənah Əmənov 1 semestrlik (yaz semesterində) Afyon Kocatəpə Universitetində təhsillərini davam etdirmək şansı qazanıblar.
Qeyd edək ki, tələbələrimiz artıq Türkiyədədirlər və Afyon Kocatəpə Universitetində qeydiyyatdan keçib tədris prosesinə başlayıblar. Tələbələrimizə uğurlar arzu edirik.