Dərc olunub: 03.05.2024

“Quacquarelli Symonds” (QS) Beynəlxalq Reytinq Agentliyinin Şərqi Avropa və Orta Asiya üzrə regional direktoru Sergey Xristolyubov Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.

Mektebgushesi.az xəbər verir ki, qonağı salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev beynəlxalq reytinq sistemlərinin ali təhsil müəssisələrinin dünya miqyasda tanınmasındakı rolundan söz açıb. Rektor AzTU-nun beynəlxalq reytinq sistemlərinə önəm veridyini diqqətə çatdırıb. 

Görüş zamanı AzTU-nun QS ilə mövcud və gələcək əməkdaşlıq məsələləri, o cümlədən QS reytinqi ilə bağlı müvafiq göstəricilərin inkişaf etdirilməsi imkanları istiqamətində fikir mübadiləsi aparılıb