Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə qərarı ilə keçirilən məktəblilərin respublika çempionatının ağırlıqqaldırma idman növü üzrə final yarışlarının açılış mərasimi olub.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, Ağır Atletika Mərkəzində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Açılış mərasimində əvvəlcə çempionat haqqında məlumat verilib, rəqs və mahnı nömrələri nümayiş olunub. Tədbir final qarşılaşmaları ilə davam etdirilib. Yarış qalibləri rəsmi qonaqlar tərəfindən diplom və medalla təltif olunublar.
Qeyd edək ki, ağırlıqqaldırma idman növü üzrə yarışlara mayın 26-da yekun vurulacaq.
Məktəblilərin respublika çempionatının final mərhələsi iyunun 4–7-də sərbəst və yunan-Roma güləşi, iyunun 8–10-da isə cüdo idman növü üzrə yarışlarla davam etdiriləcək.








