Vətəndaşın yaşadığı ərazi ilə məktəb arasındakı məsafə 2 km-dən çox olduqda, məcburi köçkün məktəblərinə elektron yerdəyişmə edilə bilər.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin baş məsləhətçisi Fəridə Bilişzadə bildirib.
O qeyd edib ki, vətəndaşın yaşayış ünvanına daha yaxın məsafədə yerli məktəb mövcuddursa, bu halda məcburi köçkün məktəblərinə yerdəyişmə etməyə icazə verilmir.