Mektebgushesi

Dərc olunub: 14.04.2025

Türkiyənin bəzi vilayətlərində yağan güclü qara görə məktəblər bağlanıb.

Mektebgushesi.az xəbər verir ki, güclü qar bir sıra fəsadlar törədib, bəzi vilayətlərdə yollar bağlanıb.

Hava şəraiti ilə əlaqəli olaraq Muş, Kastamonu, Ağrı, Karabük, Bitlis və Bartında tədris prosesinə bir günlük fasilə verilib.

Valiliklərdən verilən məlumata görə, hamilə və 10 yaşınadək uşağı olan qadınlara, eləcə də fiziki məhdudiyyətli şəxslərə 1 günlük icazə verilib.

Mənbə: “TRT Haber”