Aprelin 24-də 249 nömrəli tam orta məktəbə naməlum şəxsin daxil olduğu barədə yayılan məlumat araşdırılıb.
Araşdırma nəticəsində məlumatın əsassız olduğu bəlli olub.
Məsələ ilə bağlı şagirdlər və onların valideynləri ilə görüş keçirilib, maarifləndirici söhbətlər aparılıb. Məktəbdə təlim-tərbiyə prosesinə nəzarətin artırılması və psixoloqun uşaqlarla bağlı dəstəkləyici tədbirlər aparması qərara alınıb.
Şagirdlər arasında yayılan əsassız məlumatları uyğun olmayan formada müzakirə edən, valideynlər arasında narahatlığın artırılmasına rəvac verən müəllimlə də söhbət aparılıb. Qeyd olunan müəllimə “Təhsilalanların etik davranış qaydaları”na riayət etmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, töhmət verilib.
Məktəbdə səmərəli və təhlükəsiz təhsil mühitinin qorunub saxlanması diqqət mərkəzindədir.