Dərc olunub: 30.04.2025
Aprelin 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ikinci tədris binasında Məktəbəqədər təhsil fakültəsinin Xüsusi təhsil kafedrasının təşkilatçılığı ilə Ümumdünya Autizm Maarifləndirmə Ayına həsr olunan “Səninlə eyni dünya” adlı tədbir təşkil olunub.
Tədbirdə fakültənin professor-müəllim heyəti, tələbələri, eləcə də autizmli uşaqlar və onların valideynləri iştirak ediblər.
Giriş sözü ilə tədbiri açan fakültə dekanı, pedaqogika üzrə elmlər doktoru, dosent Nailə Hüseynova Ümumdünya Autizm Maarifləndirmə Ayı haqqında ətraflı məlumat verərək, bu ayda bütün dünyada müxtəlif tədbirlərlə autizmli şəsxlərə diqqət çəkildiyi və onların cəmiyyətin tamhüquqlu üzvü kimi özlərini reallaşdırmalarına dəstək vermək məqsədi daşıdığını vurğulayıb.
Tədbirdə, həmçinin Korreksiyaedici təlim ixtisasının tələbələri ilə autizmli gənclər və uşaqlar maraqlı və əyləncəli proqramla çıxış ediblər. Autizmli uşaqların valideynləri isə öz növbələrində autizmlə bağlı müxtəlif maarifləndirici məlumatlar veriblər.