Mektebgushesi

Dərc olunub: 30.04.2025

“Yüksəliş” müsabiqəsinin qalibi Toğrul Ələkbərov Qarabağ Universitetinin tələbələri üçün təlim keçirib.

Mektebgushesi.az xəbər verir ki, T.Ələkbərov tələbələrə şəxsi və ünsiyyət bacarıqları, strateji baxış, müstəqil özünü ifadə etmək üsulları və digər həyati bacarıqların inkişaf etdirilməsi barədə məlumat və tövsiyələr verib.

Spiker yumşaq bacarıqların karyerada rolu mövzusunda da öz fikirlərini tələbələrlə bölüşüb. Bildirib ki, yumşaq bacarıqların həm təhsil, həm də gələcək iş həyatında mühüm yeri olduğundan bu bacarıqlara yiyələnmək əsas şərtlərdən biridir.

Sonda təlimçi tələbələrin suallarını ətraflı şəkildə cavablandırıb, mövzular ətrafında müzakirə aparılıb.