Dərc olunub: 01.05.2025

 

Lənkəran Dövlət Universitetində (LDU) Azad Mirzəcanzadə inkişaf proqramının informasiya sessiyası  keçirilib. Tədbiri giriş sözü ilə LDU-nun sosial məsələlər üzrə prorektoru vəzifəsini icra edən dos. Ramiz Şəmmədov açaraq akademik Azad Mirzəcanzadənin həyat və fəaliyyəti, həmçinin  LDU ilə  əlaqələri haqqında məlumat verib.

Tədbirdə  Azad Mirzəcanzadə inkişaf proqramının  üzvü İradə Zeynalova proqramla bağlı  təqdimat edib.  Qeyd edək ki, bu inkişaf proqramı müxtəlif istiqamətlər üzrə dəyəri maksimum 5000 AZN olan layihələrin maliyələşdirilməsini həyata keçirir. Bu istiqamətdə ötən il  il 6 layihə maliyələşdirilib, bu il daha 20 layihənin maliyələşdirilməsi planlaşdırılıb.Xatırladaq ki,  inkişaf proqramına 18-35 yaşlı şəxslər müraciət edə bilər.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.